Gündəm
Əmək Nazirliyində ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüş keçirilib
Azərbaycanda fəaliyyət göstərən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi digər mühüm üstünlükləri ilə yanaşı, uşaq əməyinin istismarı hallarının qarşısının alınmasında da xüsusi əhəmiyyət daşıyır. Sistem ölkənin əmək qanunvericiliyində nəzərdə tutulmuş yaş həddindən, yəni 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsi bağlanması faktını avtomatik şəraitdə dərhal aşkar edir və belə müqavilələrin rəsmiləşdirilməsinə imkan vermir. Bununla bağlı bildirişlər sistemdə heç bir halda qeydiyyat üçün qəbul edilmir.
Bakı məktəbliləri “Olimpiya Hərəkatı–2017” yarışlarında iştirak edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri “Olimpiya Hərəkatı–2017” (“Olympic Moves–2017”) idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edir.
Rəsulzadə bələdiyyəsi hesabat yığıncağı keçirib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və M.Ə.Rəsulzadə bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində 2017-ci ildə keçirilməsi planlaşdırılan seminar-treninqlərə start verilib.
YAP Binəqədi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarına artıq start verilib. “OLAYLAR”-ın xəbərinə görə, bu məqsədlə YAP Binəqədi rayon təşkilatı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 3a ünvanlı (143 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başladı.
Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonu Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Sibel Can qızının illik təhsil haqqına SƏRVƏT ÖDƏYİR
London Kommunikasiya Kollecində oxuyan Melisa Uralın illik təhsil haqqı üçün Sibel Canın 13 min funt-sterlinq (təxminən 30 min manat) ödəniş etdiyi öyrənilib. Londonda təhsil alan Sibel Canın qızı Melisa Ural ötən gün yoldaşları ilə İstanbulda əylənərkən görüntülənib. Dostunun doğum günü partisinə qatılan Melisa çıxışda jurnalistlərin bütün suallarını cavabsız qoyaraq avtomobilinə minərək uzaqlaşıb. Bu barədə Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Rəssamı parkda güllələdilər
Türkiyənin Samsun şəhərində parkda oturarkən silahlı hücuma uğrayan opera teatrının rəssamını güllələyib, ssenarist yoldaşını isə döyüblər.
Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib
Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindənaparılan işlər yekunlaşıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, avtomobil yolu yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Ermənilər atəşkəs rejiminə əməl etmir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbəırə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Şuraabad, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Özünü xəstəxananın 2-ci mərtəbəsindən atdı
Bakıda intihar hadisəsi baş verib. Hadisə Qaradağ rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb. Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
AŞ PA-da media azadlığı məsələsi müzakirə ediləcək
Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək.
Məişət və istehsalat tullantılarının mühafizəsi sahəsində akt və protokol tərtib olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində məişət və istehsalat tullantılarının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Məryəm Üzərli çətin vəziyyətdə
Aktrisa Məryəm Üzərlinin qızının baxıcısı qaçıb. Hava limanında görüntülənən aktrisa uşağına yeni baxıcı axtarmaq üçün getdiyini söyləyib. Qızına dayəlik edən qadının qaçdığını o, belə izah edib. "Baxıcımız terror hadisələri bəhanəsi ilə məni çətin vəziyyətdə qoyub ölkəsinə getdi". Aktrisa hazırda "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında iştirak edir. Axşam.az
Çin doğum rekordlarını qırır
2016-cı ildə Çində 17,86 milyon nəfər anadan olub. Bu barədə səhiyyə və planlı doğum üzrə Dövlət Komitəsinin nümayəndəsi Yan Vençjuan məlumat verib. Bu, 2000-ci ildən bəri ən yüksək doğum səviyyəsidir. Müqayisə üçün bildirək ki, 2011-2015-ci illərdə orta illik doğum göstəricisi bundan 1,4 milyon nəfər az olub. Çin hökuməti nümayəndələri "bir ailə - bir uşaq" prinsipindən imtinanın lap yerinə düşdüyünü və çox effektiv olduğunu qeyd edir.














