YAP Binəqədi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarına artıq start verilib. “OLAYLAR”-ın xəbərinə görə, bu məqsədlə YAP Binəqədi rayon təşkilatı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 3a ünvanlı (143 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başladı.
23 Yanvar 2017 12:28 SosialYeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarına artıq start verilib. "OLAYLAR"-ın xəbərinə görə, bu məqsədlə YAP Binəqədi rayon təşkilatı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 3a ünvanlı (143 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başladı. İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edilib. 7 nəfərdən ibarət İdarə Heyəti, Elmar Həşimov yeni sədr, Şəhla Təhməzova müavin, rayon təşkilatının IX konfransına 1 nəfər nümayəndə seçilib. Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşova çıxış edərək məktəb rəhbərliyinə və iclas iştirakçılarına partiyanın fəaliyyətində yaxından iştirak etdikləri üçün təşəkkürünü bildirdi. Daha sonra qeyd etdi ki, prezident, YAP-ın sədri cənab İlham Əliyevin apardığı siyasətin nəticəsi bütün dünyanın gözü qarşısındadır. Azərbaycanda həyat səviyyəsi gündən-günə yüksəlir, və bütün sahələrdə-incəsənət, iqtisadiyyat, idman, təhsil sahəsində önəmli irəliləyişlər əldə olunur. Ramiz Göyüşov təhsilə göstərilən diqqət və qayğıdan bəhs edərək qeyd etdi ki, təhsil ocaqlarının maddi-texniki təchizatının yaxşılaşdırılması, yeniləşdirilməsi üçün ölkənin bütün regionlarında çox böyük işlər görülür və bu məsələ hər zaman ölkə başçısı İlham Sonda Ramiz Göyüşov ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edərək, yeni seçilmiş İdarə Heyətini, sədr və müavini təbrik edərək, məktəbin pedaqoji heyətinə öz tövsiyyələrini bildirdi və onlara işlərində uğurlar arzulayıb.