Gündəm

Trampın proseslərdə necə iştirak edəcəyi heç kimə bəlli deyil

23 Yanvar 2017 11:49

“Andiçmə mərasimində Donald Trampın elan etdiyi prinsiplərə diqqət etsək, Amerikanın yeni prezidentinin əsasən ABŞ-ın daxili işləri ilə məşğul olacağı, ölkənin iqtisadi problemlərinin həlli istiqamətində çalışacağı görünür. Ancaq onun dünyanın ayrı-ayrı ölkələrində mövcud olan problemlərə də müəyyən diqqət ayıracağı gözlənilir”. Bunu politoloq Elçin Mirzəbəyli deyib.

"Ötən il strateji hədəflərin müəyyənləşdirilməsi baxımından vacib il oldu" 

23 Yanvar 2017 11:46

“2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan il olmadı. 2015-ci ilin sonunda Azərbaycan Prezidenti öz çıxışında neftin dünya bazarında ucuzlaşması ilə əlaqədar 2016-cı ilin asan il olmayacağını bəyan etmişdi. Bu baxımdan 2016-cı ilin sonuna doğru neftin dünya bazarında qiyməti stabilləşsə də, yenə də neftin dünya bazarında qiyməti aşağı olaraq qalır”. Bunu  iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Senatorlar Trampın fikrini dəyişməyə çalışacaqlar

23 Yanvar 2017 11:44

Demokrat partiyasının senatorları Çek Şumer və Ben Kardin gələn həftə ABŞ-ın yeni prezidenti Donald Trampa Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına mane olacaq qanun layihəsini təqdim edəcəklər. Bu haqda ABC News qeyd edib.

Nejat İşler məşhur türk serialına çəkiləcək

23 Yanvar 2017 11:41

Bir daha seriallara çəkilməyəcəyini deyən aktyor Nejat İşler keçmiş sevgilisi Şevval Sam ilə seriala çəkiləcək. Aktyor Kanal D-də yayımlanan "Bodrum masalı" serialına dəvət alıb. Nejat idarə heyətində olduğu Gümüşlükspor futbol klubuna dəstək olmaq üçün ekrana qayıtdığını bildirib.

"Reina" faciəsində DAHA BİR AD: Maşaripov təlimatı ondan alıb

23 Yanvar 2017 11:38

"Reina"da Yeni il gecəsi 39 adamı qətlə yetirən, 17 gün sonra Esenyurtdakı İŞİD-çilərin gizləndiyi evdə tutulan terrorçu Abdülqadir Maşaripovun dindirilməsi davam edir. Maşaripovun terror aktından əvvəl İstanbulda təmasının olduğu kəslər müəyyən edilib.  Özbək əsilli terrorçu Maşaripovun əlaqələrini araşdıran polis Konyada yeni bir ad aşkar edib. Bu şəxs Abdülmalike Kade adlı İŞİD üzvüdür. Aparılan araşdırmada Abdülmalike Kadenin İŞİD üçün çox əhəmiyyətli şəxs olduğu təyin olunub. Maşaripovun Konyada Abulizinin yanında olduğu müddətdə Abdülmalike Kade də Konyada olub. Onun Türkiyəyə nə vaxt, haradan və necə girdiyi hələ tam olaraq müəyyən edilməyib.

Trampın ilk telefon danışığı - Kimə zəng etdi?

23 Yanvar 2017 11:36

ABŞ-ın prezidenti Donald Tramp ilk telefon danışığını İsrailin baş naziri Binyamin Netanyahunu ilə aparıb. Trampın inauqurasiyasından sonra onlar arasında telefon danışığı olub. Donald Tramp Binyamin Netanyahunu Vaşinqtona dəvət edib. Onlar telefonla Yaxın Şərqdə təhlükəsizliyin və sabitliyin təmin edilməsi mövzusunda danışıblar. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verir.

Runi dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər

23 Yanvar 2017 11:34

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ueyn Runi karyerasını Çində davam etdirə bilər. Adı açıqlanmayan Çin klubu 31 yaşlı hücumçunun xidmətində maraqlıdır. Runi təklifi qəbul edəcəyi təqdirdə, qonşu qitədə həftəsinə təxminən 1.15 milyon avro qazanacaq. Futbolçunun indiki gəliri həftədə 345 min avro civarındadır. Tərəflər arasında danışıqlar müsbət nəticələnsə, Runi mövsümün sonunda Çinə üz tutacaq. Bu halda o, dünyanın ən yüksək ödənişli futbolçusu olacaq və həftəsinə 710 min avro qazanan Karlos Tevesi qabaqlayacaq.

Beynəlxalq turizm sərgisi çərçivəsində Ermənistan ölkəmizə qarşı növbəti təxribata cəhd edib

23 Yanvar 2017 11:30

Məlum olduğu kimi 18-22 yanvar tarixində İspaniyanın Madrid şəhərində FİTUR beynəlxalq turizm sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sərgi çərçivəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini və bu təcavüzün hələ də davam etdiyini sübut edərək yenidən təxribata əl atıb.

"Azərbaycan klublarına qalib gələcəyimiz haqda iddia cəfəngiyatdı"

23 Yanvar 2017 11:27

Polşa klubları avrokuboklarda Qazaxıstan təmsilçisi ilə qarşılaşanda bəziləri elə bilir ki, komandamız rəqibini yıxıb-sürüyəcək. Amma bunu düşünəndə çox yanılırıq. Bu sözləri Qazaxıstanın "Atırau" klubunun futbolçusuPrjemislav Ttitko deyib.

Avstriyada qar uçqunu baş verib

23 Yanvar 2017 11:25

Bu gün Avstriyanın Alp dağlarında  baş vermiş qar uçqunu nəticəsində 3 nəfər ölüb.  Vildqerlostal vadisində iki çexiyalı turist qar uçqununun altında qalaraq ölüb, daha iki nəfər uçqunun altından çıxa bilib. Pfayfrlköpfel yaşayış məntəqəsində isə qar uçqunu bir dağ xizəkçisinin həyatına son qoyub. Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilir. Bu barədə APA.az RİA Novosti agentliyinə istinadən xəbər verir.

Çində 10 saniyədə 19 bina partladılıb

23 Yanvar 2017 11:18

Çinin Hubei vilayətinin Uhan şəhərində 19 bina 10 saniyə ərzində partladılıb. Bu barədə “The South Chinа Morning Post” məlumat yayıb. Məlumata əsasən dağıdılma işi eyni vaxtda,  yanvarın 21-də yerli vaxtla saat 11:50-də həyata keçirilib. Əməliyyat üçün təxminən 5 ton trotildən istifadə olunub. Dağıdılan binaların yerinə müasir binaların, o cümlədən 700 metrlik göydələnin tikilməsi nəzərdə tutulur. Apa.az

Azərbaycan prezidenti Pirəkəşküldə hərbi şəhərciyin açılışında iştirak edib

23 Yanvar 2017 11:15

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevyanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.