Avstriyada qar uçqunu baş verib
Bu gün Avstriyanın Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində 3 nəfər ölüb. Vildqerlostal vadisində iki çexiyalı turist qar uçqununun altında qalaraq ölüb, daha iki nəfər uçqunun altından çıxa bilib. Pfayfrlköpfel yaşayış məntəqəsində isə qar uçqunu bir dağ xizəkçisinin həyatına son qoyub. Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilir. Bu barədə APA.az RİA Novosti agentliyinə istinadən xəbər verir.
23 Yanvar 2017 11:25 DünyaBu gün Avstriyanın Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində 3 nəfər ölüb. Vildqerlostal vadisində iki çexiyalı turist qar uçqununun altında qalaraq ölüb, daha iki nəfər uçqunun altından çıxa bilib. Pfayfrlköpfel yaşayış məntəqəsində isə qar uçqunu bir dağ xizəkçisinin həyatına son qoyub. Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilir. Bu barədə APA.az RİA Novosti agentliyinə istinadən xəbər verir.