Gündəm

Trampdan 4 faizlik VƏD

21 Yanvar 2017 16:02

Əfqanıstanda partlayış

20 Yanvar 2017 21:46

Azərbycanda məlumat azadlığının təminatı yüksək səviyyədədir

20 Yanvar 2017 17:51

Azərbaycanda fikir, söz və məlumat azadlığının bariz nümunəsi kimi ölkədə internetin inkişaf səviyyəsini göstərmək olar. Hazırda ölkə vətəndaşlarının 70 faizindən artığının internetə çıxış imkanı var. Hətta, ən ucqar dağ rayinlarında belə müasir informasiya texnologiya kommunikasiyasının imkanlarından istifadə edilir. O da faktdır ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Kütləvi informasiya vasitələrində senzuranın tətbiq edilməsi, mətbuat orqanlarının maddi-texniki bazasının zəifliyi, jurnalistlərin peşəkarlığının aşağı səviyyəsi vətəndaş cəmiyyətinin mühüm elementlərindən biri olan fikir, söz və məlumat azadlığının inkişafına mane olurdu.