Trampdan 4 faizlik VƏD
21 Yanvar 2017 16:02 DünyaABŞ-ın yeni prezidenti Donald Tramp ölkəyə rəhbərlik edəcəyi dövrdə iqtisadi artım hədəfinin 4 faiz olacağını deyib.
Tramp deyib ki, gələcək 10 il müddətində Amerikada 25 milyon yeni iş imkanı yaranacaq. Ölkə 4 faizlik artım hədəfinə geri qayıdacaq. Trampın tətbiq edəcəyi bu strategiya daha aşağı vergi nisbətləri və daha az tənzimləməni ehtiva edir.
Tramp tətbiq edəcəyi ticarət siyasətinə isə Trans-Pasifik Ortaqlığını sonlandıraraq başlama fikrindədir. O, bir tərəfdən də Şimal Amerika Sərbəst Ticarət Razılaşmasını yenidən müzakirə edəcəyini söyləyib.
Qeyd edək ki, ABŞ iqtisadiyyatı 2009-cu ildən bu tərəfə 2.1 faizlik iqtisadi artım nümayiş etdirib.
Publika.az-ın "Bloomberg"ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31