Tramp: “Mən bu qırğına son qoyacam”
20 Yanvar 2017 21:52 Dünya"ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək".
Bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxış edərkən deyib.
"ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam", deyə D.Tramp bildirib.
Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb. APA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31