"Boeing"in "qara qutu"ları açılır
20 Yanvar 2017 21:50 DünyaDövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri Qırğızıstanın "Manas" hava limanının yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsinin "qara qutu"larını açmağa başlayıblar.
Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb. Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub. Bu barədə Publika.az "RİA Novosti"yə istinadən məlumat verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31