46 yaşlı kişi xəstəxanada intihar etdi
23 Yanvar 2017 10:01 ProblemBakıda intihar hadisəsi baş verib.
Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb.
Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. APA.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31