Azərbaycan diasporu “Demokratiya yolları”adlı tədbirdə təmsil olunub

Almaniyanın Maqdeburq şəhərində yerli bələdiyyənin təşkilatçılığı ilə “Demokratiya yolları” şüarı ilə ənənəvi aksiya keçirilib.

Almaniyanın Maqdeburq şəhərində yerli bələdiyyənin təşkilatçılığı ilə "Demokratiya yolları" şüarı ilə ənənəvi aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Maqdeburqda yaşayan müxtəlif xalqların cəmiyyətləri öz ölkələrinin mədəniyyətini, tarixini, çoğrafiyasını nümayiş etdirən stendlər qurublar. Hər il olduğu kimi bu dəfə də Azərbaycanı Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib. 20 Yanvar hadisələrinin ildönümü ilə eyni vaxta təsadüf edən aksiya zamanı Cəmiyyətin sədri Yaşar Niftəliyev və təşkilatın üzvləri Nadya Paskova, Fuad Ağayev və Xocalı soyqırımına diar kitabın müəllifi Rolf Kuns yerli sakinlərə Azərbaycan haqqında, 20 Yanvar hadisələri, Xocalı faciəsi, Qarabağ müharibəsi barədə danışıblar. Aksiya iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini, turizm imkanlarını əks kitablar, bukletlər hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31