Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuiat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yanvarın 26-da baş tutacaq qəbul Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşlar iştirak edəcək. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31