Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsi niyə yasaqlanıb?

Hazırda dünya ölkələrində orqan tarnsplantasiyası əməliyyatları geniş yayılsa da Azərbaycanda bu cahədə müəyyən çatışmaqlıqlar mövcuddur. Baxmayaraq ki, ölkədə kifayət qədər peşəkar həkim ordusu var, səhiyyə ocaqları ən müzsir tibbi avadanlıqlarla təchiz olunub, lakin qanunvericilikdıki boşluqlar sözügedən əməliyyatın reallaşmasına maneə olur.

Ölkədə müəyyən qurumlar var ki, belə xəstələri toplayıb xaricə aparırlar

Hazırda dünya ölkələrində orqan tarnsplantasiyası əməliyyatları geniş yayılsa da Azərbaycanda bu cahədə müəyyən çatışmaqlıqlar mövcuddur. Baxmayaraq ki, ölkədə kifayət qədər peşəkar həkim ordusu var, səhiyyə ocaqları ən müzsir tibbi avadanlıqlarla təchiz olunub, lakin qanunvericilikdıki boşluqlar sözügedən əməliyyatın reallaşmasına maneə olur. Nəticədə insanlar üzünü xarici ölkələrə tuturlar ki, bununla da həm vətəndaşlar, həm də dövlət büdcəsi itirmiş olur. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 8 tibb ocağına insan orqanında toxumaların transplatasiyasına dair əməliyyatların həyata keçirilməsinə dair icazə verilib. Onlardan biri Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzidir ki, burada gözün buynuzlu qişasının transplatasiyasını aparmaq üçün icazə verilib. Lakin bu gün mərkəzdə 3 minə yaxın insan gözündə əməliyyatın aparılması üçün qeydiyyatda olsa da, gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan, xəstələri əməliyyat etmək mümkün olmur. Hansı ki, bir necə il bundan əvvələ qədər sözügedən toxumanın ölkəyə gətirilməsi üçün heç bir qadağa olmayıb. Qadağanan qoyulması isə o anlama gəlir ki, yaxın vaxtlarda qeydiyyatda olan xəstəlirin böyük əksəriyyətinin görmə qabiliyyətinin tamamilə itirilməsi ehtimalı var.

Bu addımlar əhalinin sosial problemlərinin həllinə yönəlib

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Milli Məclisin Səhiyyə Komitəsinin iclasında bildirib ki, hazırda mərkəzdə bu əməliyyatın keçirilməsi üçün bütün lazımı cihaz və mütəxəssislər var. Hətta mütəxəssislər Beynəlxalq Qan Bankının nümayəndələridir və onların seritifakatlarına sahibdirlər. Bir neçə il bundan öncə bu əməliyyatların uğurla həyata keçirildiyini deyən mərkəz sədri qeyd edib ki, il ərzində 15-20 belə əməliyyat keçirilirdi: "Amma təəssüf ki, hazırda biz buynuzlu qişanı toxuma kimi əldə edə bilmirik. Bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər. Həmin toxumalar dərman vasitəsi kimi ölkəyə gətirilə bilər". E. Qasımov əlavə edib ki, qeydiyyatda olan xəstələrin 70 faizini gənclər təşkil edir: "Çox təssüf ki, ölkəmizdə fəaliyyət göstərən müəyyən qurumlar var ki, onlar belə xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparırlar. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Bu əməliyyatı edən xsətələrə daimi nəzarət olunmalıdır. Orada olan tikişlər bir neçə mərhələ ilə sökülməlidir. Bu əməliyyat ambulator hesab olunsa da, cərrah tərəfindən həyata keçirilməlidir. Bəzi xəsətələr var ki, onlar vəsait toplayıb gedib başqa ölkələrdə əməliyyat etdirə bilirlər. Lakin mərkəzimizdə qeydiyyatda olan xəstələrin belə imkanları yoxdur". Maraqlıdır, sözügedən qadağanan aradan qaldırılması nə dərəcədə həlli mümkün olmayan məsələdir? 
Qeyd edək ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna əsasən, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir. İnsan orqan və (və ya) toxumalarının transplantasiyası qayda və şərlərinə görə, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsinə yol verilir. Donordan orqan və (və ya) toxumaların götürülməsi hərtərəfli tibbi müayinədən keçdikdən sonra həkim-mütəxəssislərin konsiliumunun rəyinə əsasən, onun sağlamlığına əhəmiyyətli dərəcədə zərər vermədiyi təqdirdə mümkündür. Orqan və (və ya) toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmaların mahiyyəti izah edilərək, bu barədə onlara surəti təqdim olunmaqla, qabaqcadan rəsmi bildiriş verilir. Recipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Recipiyentin həyatı təhlükədə olarsa və onun özünün, valideynlərinin və ya qanuni nümayəndəsinin razılığını almaq mümkün olmadıqda, transplantasiya bu cür razılıqlar olmadan həyata keçirilir.Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilir. Transplantasiya işinin təşkili zamanı 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və (və ya) toxumaların götürülməsi, insan orqan və (və ya) toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları, ölüm vəziyyətində olan potensial donorun müalicəsində və donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır. Transplantasiyanı həyata keçirən tibb müəssisələrinə insan orqanlarının və (və ya) toxumalarının alqı-satqısı, həmçinin onların götürülməsinə məcburetmə halları məlum olduqda, bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilir. Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda meyitdən orqan köçürülməsilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müvafiq sənədləşmə, təşkilati işlər görülür. Deputat bildirib ki, meyitdən orqan transplantasiyasının reallaşması üçün ilkin olaraq beyin ölümünün kriteriyaları müəyyənləşməlidir: "Ondan sonrakı mərhələdə meyitdən orqan götürülməsi üçün Səhiyyə Nazirliyi tərəfindən müvafiq klinikalar seçilməlidir. Çünki bu köçürülməni hər klinikada icra etmək olmaz. Meyitdən orqan götürülməsi beyin ölümü baş verəndən sonra 6 saat ərzində reallaşmalıdır. Bunun üçün komissiya yaradılacaq. Təkcə həkimlər deyil, hüquqşünaslar, din xadimləri, QHT-lər, yaxud həmkarların nümayəndələri də orada iştirak edəcəklər. Bu işlərin hamısı yekunlaşdıqdan sonra Azərbaycanda meyitdən orqan götürülməsinə bu, il yaxud 2018-ci ildən başlanacaq". M.Quliyev qeyd edib ki, meyitdən orqan köçürülməsi 2 qayda əsasında icra olunacaq: "Şəxs sağlığında notarial qaydada vəsiyyətnamə veribsə, orqan onun vəsiyyətnaməsi əsasında götürüləcək. Sağlığında vəsiyyətnamə verməyibsə, yaxın qohumlarının razılığı olduğu halda ondan orqan götürüləcək. Razılıq olmadığı halda isə meyitdən orqan götürülməsi qanuna ziddir". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31