Gündəm
Suriya danışıqları: "İŞİD-dən ayrılın!"
Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb. Astanada rəsmi Dəməşqin nümayəndə heyətinə rəhbərlik edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri ilk iclasın yekunu üzrə bəyan edib ki, Suriya müxalifətinin nümayəndələri özünü təxribatçı kimi aparır.
“Daşınmaz Əmlak” jurnalı oxucularını sosial mənzillər barədə məlumatlandırır
Əmlak Məsələləri Dövlət Komitəsinin analitik informasiya bülleteni olan “Daşınmaz Əmlak” jurnalının 72-ci sayı çapdan çıxıb. Jurnal komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, paytaxtın və regionların daşınmaz əmlak bazarındakı vəziyyət, eləcə də, ölkədə aparılan daşınmaz əmlak siyasəti və bu sahənin inkişafı üçün görülən işlər barədə maraqlı yazıları özündə əks etdirir. Jurnalda oxucular, mütəxəssislər və daşınmaz əmlak bazarının iştirakçıları üçün maraqlı rubrikalar yer alıb.
Siqaretdən istifadənin məhdudlaşdırılması haqqında qanun layihəsi MM-də müzakirə olunacaq
Azərbaycanda uzun zamandır müzakirəsi ləngiyən tütün məmulatlarının istifadəsinin bir çox yerdə qadağan edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
“Kütləvi informasiya vasitələri haqqında” Qanun söz və mətbuat azadlığına zəmanət verir
Azərbaycanın demokratik prinsiplərə sadiqliyi, bu istiqamətdə atdığı davamlı addımlar hər bir sahə kimi kütləvi informasiya vasitələrinin fəaliyyətinə də öz müsbət təsirini göstərir. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda fikir, söz və ifadə azadlığı, plüralizm inkişaf edib, ölkədə azad, müstəqil media fəaliyyət göstərir. Sevindirici haldır ki, bu müsbət tendensiya bir sıra beynəlxalq əhəmiyyətli qeyri-hökumət təşkilatlarının hesabat və rəylərində də irəliyə doğru atılmış addım kimi xarakterizə edilir.
Suriyadakı döyüşlərdə ölən ermənilərin sayı AÇIQLANIB
Suriyada Bəşər Əsədə bağlı qoşunda döyüşən erməni silahlı Jan Koracyan Hələbin kəndlərindən birində ölüb. O, yanvarın 23-də dəfn edilib. Məlumata görə, bununla da Suriyadakı qarşıdurmada ölən erməni silahlılarının sayı 33-ə çatıb.
İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm də sahibkarlığın inkişafından asılıdır
2015-ci ilin sonlarından dünyanı bürüyən ciddi iqtisadi və maliyyə böhranı hər bir ölkəni, xüsusilə neft ixrac edən dövlətləri qeyri-neft sektoruna daha çox diqqət ayırmağa sövq etdi. Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neftdən gələn gəlirlərin azalmasına, bunun isə həmin ölkələrin dövlət büdcəsinə mənfi təsir göstərməsini önləmək üçün hökumətlər islahatlar paketi, iqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirməyin yolları üzərində işləməyə başladılar.
Erməni qadın Avstraliyada baş nazir seçildi
Erməni əsilli siyasətçi Qledis Bereyiklian Avstraliyanın Yeni Cənubi Uels ştatının yeni baş naziri seçilib. Bereyiklian sayca ştatın 45-ci baş naziri olub. 46 yaşlı Qledis Bereyiklian bu gün günorta saatlarında liberallar partiyasında keçirilən seçkilərdə asanlıqla qələbə qazanıb. O, baş nazir postunda Mayk Bayirdi əvəzləyəcək.
Dağlıq Qarabağla bağlı Bakıdan SƏRT MESAJ
Ötən ilin aprelində Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrdən, konkret olaraq Azərbaycan Ordusunun Ermənistan silah birləşmələrinə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin bir hissəsi azad edildi.
Zərgərlik məmulatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Şəkər xəstəsinin ayağından 2 litr irin çıxarıldı
Azərbaycanda şəkərli diabet xəstəsi üzərində mürəkkəb əməliyyat uğurla tamamlanıb. “Olaylar” xəbər verir ki, 51 yaşlı xəstə qadını Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunduqdan sonra ölümdən qaytarmaq mümkün olub. Klinikanın ümümi cərrah-transplantoloqu, dos. Sadiq Həmzəyev bildirir ki, şəkərli diabeti olan xəstə qadın sol ayağın total fleqmonası – absesi ilə klinikaya müraciət edib. Uzun müddət şəkərli diabeti olan bu xəstə travmadan sonra ayağında ağrılar başlayıb.
Tramp dollar və neft üçün nə vəd edir?
“Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün təbbi ki, neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır”. “Olaylar” xəbər verir ki, bunu iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
Milli Məclis bəyənat verdi
Ötən il Ermənistan silahlı birləşmələri Azərbaycan dövlət sərhədini pozaraq təxribat törətmək cəhdlərini artırmaqla yanaşı, beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasının tələblərini pozmaqda və əsassız iddialar irəli sürməkdə davam etdirir. Dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı nəşi Ermənistan tərəfdə saxlanılan əsgərimizə qarşı göstərilən qeyri-insani münasibətlə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanatda deyilir:
Bakıda 9 mərtəbəli binada yanğın olub
Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsəndə quraşdırılmış elektirik lövhəsində 8 ədəd elektirik sayğacı və 3 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu ilin ilk ixrac missiyası Almaniyaya gedib
Bu ilin ilk ixrac missiyası 23 yanvar tarixində Almaniyaya gedib. İqtisadiyyat Nazirliyi tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.
Növbəti hərraca 79 dövlət əmlakı çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 fevral 2017-ci il tarixində yeni hərrac keçiriləcək. Bu hərracda fiziki və hüquqi şəxslərə ümumilikdə 79 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Artıq hərraca sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir.














