Gündəm
Referendum nə vaxt keçiriləcək? hökumətdən cavab
“Mövcud Konstitusiya dəyişiklik paketi rejim dəyişikliyi ilə əlaqədar deyil. Bu, bir sistem dəyişikliyi məsələsidir”. Bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda deyib. O bildirib ki, sözügedən dəyişikliklər Prezidentlik sistemində daha təsirli icra mexanizminin formalaşmasına xidmət edəcək: “Konstitusiyaya təklif olunan dəyişikliklərdə suverenliklə bağlı heç bir məsələ yer almır. Türkiyə Respublikası rejimlə bağlı məsələlərə 1923-cü ildə son qoyub, hazırda demokratik, hüquqi, dünyəvi dövlətdir”.
Finlandiya Trampla Putini görüşdürməyə hazırdır, əgər...
Finlandiya Rusiya və ABŞ rəhbərləri Vladimir Putin və Donald Trampın görüşünü təşkil etməyə hazırdır, "əgər şərait buna imkan verərsə". Bu barədə Finlandiyanın baş naziri Yuxa Sipilya jurnalistlərə bəyan edib. Baş nazir qeyd edib: "Biz belə bir görüşü Arktika Şurasının sammiti çərçivəsində təşkil etməyə hazırıq, əgər siyasi durum buna yol verərsə".
Türkiyə baş nazirinin müavini: "ABŞ-ın yeni iqtidarından iki tələbimiz var"
"Türkiyə ilə ABŞ əlaqələrini yenidən gücləndirmək üçün Donald Tramp hakimiyyətinə 2 məsələ ətrafında baxışlarını yenidən nəzərdən keçirməyi məsləhət görürük". Bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş Nazirlər Kabinetinin toplantısında bildirib.
Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur
"Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur". Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.
Prezident İlham Əliyev: "Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur"
"Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur". Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.
Gömrük orqanları 9016 hüquqpozma faktı aşkar ediblər
2016-cı il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin olunub. “Olaylar” xəbər verir ki, bu barədə məlumat verən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sözlərinə görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 810 milyon manat proqnoza qarşı, faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 126,61 faiz yerinə yetirilib. Sədr müavini bildirib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9016 hüquqpozma faktı aşkar edilib və bu faktlardan 439-u cinayət xarakterli faktlar olub.
Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib
Yanvarın 23-də Dövlət Gömrük Komitəsində 2016-cı ilin yekunları ilə bağlı Kollegiya iclası keçirilib. Kollegiya iclasında giriş sözü ilə çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi, uzaqgörən siyasəti sayəsində mümkün olub.
20 Yanvar şəhidləri Eskişehirdə anılıb
Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi zamanı həlak olan şəhidlərin xatirəsinə həsr olunmuş ‘‘Qanlı və şanlı Yanvar” adlı tədbir keçirilib.
"ASAN xidmət” mərkəzlərindəki “Azərsu” ASC-nin xidmət bölmələrinə 26565 müraciət edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.
Tərtərdə dini maarifləndirmə tədbiri keçirilib
Tərtər şəhər “Cümə” məscidi dini icması "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Berlində 20 Yanvar hadisələri anılıb
Almaniyanın paytaxtı Berlində Alman-Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyiilə Azərbaycan Evində 20 Yanvar faciəsinin 27-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. “OLAYLAR”-ın DİDK-yə istinadən verdiyi xəbərə görə, Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova giriş sözü ilə çıxış edərək faciənin tarixinə qısa nəzər salıb.
Qafqaz Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı yaradılan işçi qrupun tərkibi açıqlanıb
Qafqaz Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupun tərkibi açıqlanıb.
Azərbaycanda məcburi eniş etmək istəyən təyyarələrə yeni qaydalar tətbiq ediləcək
Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmilərinin (təyyarələrin) zərurət yarandıqda eniş etməsi ilə bağlı yeni qaydalar tətbiq edilir və uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul ediləcək. Milli Məclisdən verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə "Aviasiya haqqında" qanuna yeni bəndlərin əlavə edilməsi təklif edilir.
AŞPA münaqişələrin həllində parlament diplomatiyası potensialından maksimum istifadə etməlidir
AŞPA-nın Strasburqda keçirilən qış sessiyasının ilk plenar iclasında çıxış edən assambleya sədri Pedro Aqramunt Avropa Şurasına üzv olan ölkələr arasındakı münaqişələrə toxunub.
Şamaxıda təhlükə: 3 kəndlə əlaqə kəsilə bilər - VİDEO
Qızmeydan yolunda baş verən torpaq uçqunu səngimək bilmir. Sürüşmə nəticəsində yolun 5 nöqtəsində irimiqyaslı uçqunlar qeydə alnıb.













