Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib

Yanvarın 23-də Dövlət Gömrük Komitəsində 2016-cı ilin yekunları ilə bağlı Kollegiya iclası keçirilib. Kollegiya iclasında giriş sözü ilə çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi, uzaqgörən siyasəti sayəsində mümkün olub.

Yanvarın 23-də Dövlət Gömrük Komitəsində 2016-cı ilin yekunları ilə bağlı Kollegiya iclası keçirilib. Kollegiya iclasında giriş sözü ilə çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi, uzaqgörən siyasəti sayəsində mümkün olub. Müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatının digər sahələri kimi, ciddi tənəzzül dövrünü yaşayan gömrük xidməti də dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra köklü kadr islahatları və kompleks tədbirlər nəticəsində stabil və dinamik inkişaf yoluna qədəm qoyub. Məhz Heydər Əliyevin tələbkarlığı gömrük orqanlarında uğurların təminatçısı olub, beləcə, gömrük sistemi dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Son illər ərzində Azərbaycan Gömrük Xidmətinin öz inkişafının ən yüksək mərhələsinə doğru inamla irəliləməsi dövlət başçısının respublikamızda hər bir sahəyə olduğu kimi, gömrük sisteminə də olan diqqət və qayğısının bariz nümunəsidir. Daha sonra DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2017-ci il üçün iş planı, həmçinin Dövlət Gömrük Komitəsinin 2017-2021-ci illər üzrə inkişafına dair fəaliyyət planı barədə məlumat verib və hər iki sənəd təsdiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31