Gömrük orqanları 9016 hüquqpozma faktı aşkar ediblər

2016-cı il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin olunub. “Olaylar” xəbər verir ki, bu barədə məlumat verən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sözlərinə görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 810 milyon manat proqnoza qarşı, faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 126,61 faiz yerinə yetirilib. Sədr müavini bildirib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9016 hüquqpozma faktı aşkar edilib və bu faktlardan 439-u cinayət xarakterli faktlar olub.

2016-cı il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin olunub. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sözlərinə görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 810 milyon manat proqnoza qarşı, faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 126,61 faiz yerinə yetirilib. Sədr müavini bildirib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9016 hüquqpozma faktı aşkar edilib və bu faktlardan 439-u cinayət xarakterli faktlar olub. Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2016-cı il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsilə əlaqədar -130 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 136 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31