Gündəm
Ukrayna parlamentinin Azərbaycan əsilli deputatı AŞPA-nın vitse-prezidenti seçilib
Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi LoqvinskiAvropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib. G. Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: “O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.
Millət vəkili: “Beynəlxalq reytinq Azərbaycan iqtisadiyyatının gücləndiyini göstərir”
“Bu il Davosda keçirilən Dünya İqtisadi Forumu 2017-ci ildə yeni qaydaları müəyyən etdi. Forumun əsas şüarı “Açıq və məsuliyyətli liderlik” elan olunmuşdu. Qərb elitasının böhranı, yoxsulluğun və işsizliyin dünyada artması və digər çağırışlar Davosda əsas müzakirə mövzuları oldu. Qərb ölkələrində populist əhval-ruhiyyənin artması fonunda qlobal iqtisadiyyatın əsas dəstəkçisi kimi Çin çıxış etdi”. Bunu millət vəkili Tahir Mirkişili deyib.
Devlet Bahçelidən "Receb İvedik 5" filmində Azərbaycanla bağlı səhnəyə görə sərt tənqid
Türkiyənin Milliyətçi Hərəkət Partiyasının lideri Devlet Bahçeli "Receb İvedik 5" filmindəki Azərbaycanla bağlı səhnədən danışıb. Partiya rəhbəri filmdə yayımlanan səhnəni tənqid edib.
Saakaşvili Ukraynanın Gürcüstandakı səfiri ola bilər?
Ukrayna prezidenti Petr Poroşenkonun saytındakı elektron petisiyalar bölməsində Odessanın sabiq qubernatoru Mixail Saakaşvilini Ukraynanın Gürcüstandakı səfiri təyin etmək təklifi irəli sürülüb.
Şurada “Səhiyyə, sağlamlıq və ekologiya" qrupuna aid QHT-lərlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “səhiyyə, sağlamlıq və ekologiya” məsələləri qrupundan üzv seçilən Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun təşəbbüsü ilə qeyd olunan sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Şura üzvü Anar Xəlilov görüşün Şuranın dəstəyi ilə həyata keçirilən layihələrin icrasının yekunları ilə bağlı müzakirələr aparmaq, QHT-lərin qarşılaşdıqları problemləri və onların həlli üçün təşkilatların təkliflərini dinləmək məqsədi ilə keçirildiyini deyib. Anar Xəlilov Şuranın dəstəyi ilə səhiyyə, sağlamlıq və ekologiya məsələləri istiqaməti üzrə ötən illərdə həyata keçirilən layihələrdən danışaraq təmsil etdiyi qurumun QHT-lərdən innovativ təşəbbüslər gözlədiklərini deyib.
Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı “Reinkarnasiya” adlı sərgi keçiriləcək
Sərgidə muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq.
Akif Çovdarovun məhkəməsində şahid zərərçəkənin ifadəsini təkzib edib - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.
Tarixi saxtalaşdıran özbək “akademiki” Rustamjon Abdullayevə ETİRAZ
Biz Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin əməkdaşları 19 dekabr 2016-cı il tarixində Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) adlı məqaləsinə öz etirazımızı bildiririk. Özünü akademik adlandıran bu şəxs adı çəkilən məqaləsində erməni terrorizmini ifşa edən, tanınmış özbək tədqiqatçısı Şuxrat Salamovun 2015-ci ildə Daşkəndin “Yangi asr avlodi” nəşriyyatında işıq üzü görmüş "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" (rus dilində) adlı kitabını tənqid edərək, türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə etmişdir.
Antibiotiklərə qarşı superbakteriyalar tapıldı
Tibbi dildə superbakteriya adı verilən və antibiotiklərin təsir etmədiyi bakteriyaları məhv edən molekul tapılıb. Belə bir yazı İngiltıərənin mötəbər media agentliyi olan “The İndependednt” qəzetinin səhifələrində dərc edilib. Yeni kəşf edilən molekulun genlərdəki NDM-1 fermentini gücləndirərək orqanizmin və qəbul edilən antibiotikin superbakteriyaları zərəsizləşdirməyə imkan verdiyi bildirilir.
Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası arasında strateji və iqtisadi forumu keçiriləcək
2017-ci ilin birinci yarısında Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələri arasında Bakı şəhərində strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Nazirlikdən “Olaylar” – a verilən məlumata görə Forumun məqsədi iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq edilməsidir. Tədbirdə Azərbaycan və KƏŞ üzv dövlətlərinin yüksək vəzifəli rəsmiləri, müvafiq olaraq xarici işlər, iqtisadiyyat, ticarət və sənaye nazirlikləri, ticarət palataları, iş adamları, özəl şirkətləri, suveren fondları və maliyyə-investisiya korporasiyalarının nümayəndələrinin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Forumun təşkili ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti 2016-cı ilin dekabrında KƏŞ-in Ər-Riyadda yerləşən mənzil-qərargahına səfər edib və görüşlər keçirib.
Qaz təchizatında məhdudiyyətlər olacaq
Yanvarın 24-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. “OLAYLAR”-ın xəbərinə görə, məıumatı SOCAR-ın mətbuat xidməti yayıb. Bildirilib ki, təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın Rumıniyada keçirdiyi “Sənin yolların daha asandır” kampaniyası başa çatıb
Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “Sənin yolların daha asandır” kampaniyasının 2-ci və 3-cü mərhələləri başa çatıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən 35 yanacaqdoldurma məntəqəsində 50 lei (22 AZN) civarında yanacaq alan müştərilər kassa çekinin nömrəsini SMS vasitəsilə göndərməklə kampaniyada iştirak etmək hüququ qazanıblar. Kampaniyanın 2-ci mərhələsində 32 ədəd 200 leilik (89 AZN), 3-cü mərhələsində isə əsas uduş - 1 ədəd 1000 leilik (450 AZN) yanacaq kartları sahiblərini tapmışlar. İlk mərhələdə 32 qalib 200 leilik (89 AZN) yanacaq kartı udub. “Sənin yolların daha asandır” qış kampaniyası 15 noyabr 2016 - 15 yanvar 2017-ci il tarixlərini əhatə etməklə 3 mərhələdə keçirilib.
Etnoqrafıya elmi-fond şöbəsinin eksponatı – Külə-tat qadın geyim bəzəyi
Azərbaycanın milli-mədəni irsinin qorunmasında və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafıya elmi-fond şöbəsinin eksponatları mühüm əhəmiyyətə malikdi. Belə eksponatlardan biri də XIX əsr Quba sənətkarlığına məxsus Külə-Tat qadın geyim bəzəyidi.
Müxtəlif ölkələrdən alınmış ən müasir hərbi texnikalar düşmənin istənilən hədəfini məhv edə bilər
"Müxtəlif ölkələrdən alınmış ən müasir hərbi texnikalar düşmənin istənilən hədəfini məhv edə bilər". Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.
Məşhur alman klubu faciədən qurtuldu
Almaniyanın "Borussiya" klubunun ölkənin III liqasında mübarizə aparan "Erfrut" klubu ilə planlaşdırdığı yoxlama oyunu təxirə düşüb. Buna Dortmund klubunun Erfurta gedə bilməməsi səbəb olub. Belə ki, "Borussiya" ötən gün təyyarə ilə Erfurta uçub. Ancaq klubu aparan təyyarə kəskin hava şəraitinə görə şəhərin hava limanına eniş edə bilməyib.














