Gündəm

“Samsung” şirkəti “Galaxy Note 7” smartfonlarının partlama səbəbini açıqlayıb

23 Yanvar 2017 19:35

“Samsung” korporasiyasının Seulda yerləşən mənzil-qərargahında keçirilmiş mətbuat konfransında “Galaxy Note 7” smartfonlarının partlama səbəbi açıqlanıb.

Məlumatların saxlanılması və işlənməsini bir elementdə birləşdirən çip yaradılıb

23 Yanvar 2017 19:30

Fərdi kompüter arxitekturası (informasiya bir modulda saxlanılır, hesablamalar başqa modulda həyata keçirilir və şinlərin köməyi ilə bu modullar arasında məlumatlar ötürülür) ideyası hələ ötən əsrdə köhnəlib. Ancaq "hamısı birində" kommersiya qurğuları yalnız bu yaxınlarda əlçatan olub. Sinqapurun Nanyan Texnologiya Universitetində “ReRam” "rezistiv çeviricilər”inə üstünlük verilir. “ReRam” məlumatların saxlanılmasını və hesablama proseslərini bir elementdə birləşdirən çip yaratmağa imkan verən yeni texnologiyadır.

Deputat: Prezidentin fərmanı məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək

23 Yanvar 2017 19:27

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman təqdirəlayiq addımdır.

Siqaret çəkmək və fruktozadan istifadə etmək qaraciyərin piylənməsinə səbəb olur

23 Yanvar 2017 19:25

İspaniya alimləri hesab edirlər ki, siqaret çəkmək və fruktozadan gen-bol istifadə etmək qaraciyərin qeyri-alkoqol zəmində piylənməsinə səbəb olur. Bu xəstəlik hazırda dünyada çox yayılıb. Problem ilbəil mürəkkəbləşir, çünki yağlı ərzaq məhsullarının istehlakı da gündən-günə artır. Eyni zamanda, meqapolislərin əhalisinin fiziki aktivliyi çox aşağıdır.

Britaniyalı alimlər: Çuğundur şirəsi insanın dözümlülüyünü artırır

23 Yanvar 2017 19:19

Ekseter Universiteti (Böyük Britaniya) alimlərinin gəldikləri qənaətə görə, çuğundur şirəsi insanın dözümlülüyünü artırır, əzələlərinin enerjisinə qənaət edir.

Ərdoğan BMT-də islahatların aparılmasını təklif edib

23 Yanvar 2017 19:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) dəyişdirilməsi təklifi ilə çıxış edib. R.T.Ərdoğan bu quruma 20 ölkənin daxil olmasını təklif edib.

Qəribə XƏSTƏLİK: Ərinə allergiyası olan qadın

23 Yanvar 2017 19:13

29 yaşlı qadın nadir rast gəlinən xəstəlik üzündən həyat yoldaşından ayrı yaşamağa məcbur olub.

Ermənistanda muzdlu çavuş güllələnib

23 Yanvar 2017 19:09

İstintaq Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Araik Sarkisyanın ölümünün təfərrüatlarını müəyyənləşdirib. 

Qadınlar neçə gün sirr saxlaya bilir?

23 Yanvar 2017 19:09

Qadınlar sirr verməyi də, dinləməyi də sevirlər. Amma aparılan araşdırmalar göstərir ki, qadınlar iki gündən artıq sirr saxlaya bilmirlər. 18 və 65 yaş arasında 3000 qadın üzərində neçə gün sirr saxlaya bilməsi ilə bağlı araşdırma aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, qadınlar ən çox 48 saat sirr saxlaya bilirlər.

Daim şirniyyat istəyirsinizsə, deməli...

23 Yanvar 2017 19:04

Daim şirniyyat yemək istəyi əslində orqanizmdə bəzi maddə və vitamin çatışmazlığından dolayı yaranır.

Robert Prosineçki millidən gedir?

23 Yanvar 2017 19:02

Hamza Hamzaoğlu ilə yollarını ayıran ayıran "Bursaspor"un sürpriz bir məşqçi ilə anlaşdığı məlum olub. Bu Azərbaycan millisinin hazırki çalışdırıcısı Robert Prosineçkidir. Türkiyə mediasının məlumatına görə, xorvatiyalı mütəxəsis "timsahlar"la 2019-cu ilin yayına kimi müqavilə imzalayacaq. Onun yaxın günlərdə Bursaya gedəcəyi bildirilir. Prosineçki daha öncə Türkiyədə "Kayseripsor"un sükanı arxasında olub.  Bu barədə Goal.az "Hürriyet" nəşrinə istinadən xəbər verir.

Öküzə görə polislə etirazçılar arasında toqquşma - 60 yaralı

23 Yanvar 2017 18:42

Hindistanın Çennay şəhərində ənənəvi öküzün ram edilməsi oyunlarının qadağan edilməsi genişmiqyaslı etirazlara səbəb olub. Oyunların keçirilməsinin tərəfdarları son bir həftə ərzində qərarın ləğv olunması tələbi ilə aksiyalar keçiriblər. Bu gün Çennay polisi aksiyanı dağıtmağa çalışarkən etirazçılarla onlar arasında toqquşmalar baş verib. Nəticədə azı 60 nəfər xəsarət alıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə ilə əlaqədar 80 nəfər saxlanılıb. Trend.az

Məcburi köçkünlərə vahid aylıq müavinət veriləcək

23 Yanvar 2017 18:38

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. 

Bu ilin ilk ixrac missiyası Almaniyaya gedir

23 Yanvar 2017 18:37

Bu ilin ilk ixrac missiyası 23 yanvar tarixində Almaniyaya gedəcək. İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.

Xarici işlər naziri Elmar Məmmədyarovun Fransanın “La lettre Diplomatique” jurnalına müsahibə verib

23 Yanvar 2017 18:35

Xarici işlər naziri Elmar Məmmədyarovun Fransanın “La lettre Diplomatique” jurnalında Bakı Humanitar Forumu və Azərbaycanın multikulturalizm ənənələrinə dair “Bakı planetin sosial məsələlərinin həllinin avanqardı” başlıqlı müsahibəsi dərc olunub.