Gündəm
Elmar Məmmədyarov Moskvada Lavrovla görüşəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb. Səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib ki, Moskvaya səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.
Azərbaycanda 33 min işsiz var
Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən Azərbaycan üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabata əsasən, ölkədə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33,0 min nəfər olub, onların 38,1 faizini qadınlar təşkil edib. İşsiz statusu alan şəxslərdən 14 812 nəfəri məhz Bakıda yaşayanların payına düşüb. İşsizliyə görə müavinətin orta məbləği 257,0 manat olub.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə dəyişdirilir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik ediləcək. Məlumata görə, bununla əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə yeni bəndlərin əlavə edilməsi təklif olunur.
Minimum əməkhaqqı artımı 145 min nəfəri əhatə edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə başçısının minimum əmək haqqının artırılması barədə sərəncamını şərh edib. Nazir artımın neçə nəfəri əhatə edəcəyinə dair statistikanı açıqlayıb.
Cibuti parlamenti Xocalı soyqırımını tanıyıb
Cibutinin Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib. Bu barədə “Olaylar” XİN-nin Mətbuat xidmətindən məlumat verilib.Qətnamə Cibutinin Milli Assambleyasının spikeri ilə görüş zamanı parlamentin sədri Məhəmməd Əli Huməd tərəfindən səfir Elman Abdullayevə təqdim olunub. Cibuti parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb.
Terrorçu müayinədən keçdi- VİDEO
Yeni il gecəsi Türkiyədə Reina gecə klubunda qətliam törədən terrorçu Abdülkadir Maşripov bu gün səhər saatlarında həkimlərin müayinəsindən keçib.
Sürücülərə BƏD XƏBƏR - Buna görə cərimələnə bilərsiniz
Mədəniyyətsiz qonşudan şikayət olunduqda yol polisi parklama qaydasını pozan şəxsi cəzalandıra bilər. Əgər sürücü maşınını çoxmərtəbəli binanın həyətində düzgün park etməyibsə, məsuliyyətə cəlb oluna bilər. Bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Prezidentin fərmanı məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdıracaq
"Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan insanların sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımdır".
İstanbul terroruyla bağlı ŞOK DETAL - Avtomobildən enən o qadın... - VİDEO - FOTO
Polis Beşiktaşda patladılan bomba yüklü avtomobildə terrorçularla birlikdə hərəkət edən, ancaq terrordan əvvəl avtomobildən enən qadın terrorçunun izinə düşüb. Qadının terrorun planlaşdırılmasında iştirak etdiyi və təlimatları verib hadisə yerindən ayrıldığı təsbit edilib.
“Samsung” görmə problemli insanlara kömək edəcək
Hazırda dünyada təxminən 300 milyon insan rəng korluğu xəstəliyindən əziyyət çəkir. Hər gün belə insanlar müəyyən problemlərlə rastlaşırlar. “Samsung” şirkəti bu səbəbdən onların həyatını asanlaşdırmaq istəyir. Cənubi Koreya nəhəngi Macarıstanın “Colorlite” şirkəti ilə birgə "Launching People" proqramı çərçivəsində “#SeeColors” adlı proqram yaradıblar. Bu proqram televizorun ekranındakı təsvirə xüsusi düzəliş etməklə rəng korluğundan əziyyət çəkən istifadəçilərə kömək edəcək.
Yaponiyada qoxunun ötürülməsi üçün virtual reallıq qurğusu yaradıblar
Vaxt ötdükcə virtual reallıq texnologiyaları adiləşir: artıq hamıya məlum virtual reallıq şlemi və ya əlcəkdən başqa bazara yeni cihazlar (məsələn, qoxudan istifadəni reallaşdıran cihazlar virtual dünyaya daxilolmanı daha da reallaşdıracaq) çıxarılır.
Rekord dərəcədə sürətli yaddaş elementi yaradılıb
Polşanın Belostok Universiteti və Niderlandın Radbud Universitetinin fizikləri informasiya bitini rekord dərəcədə sürətli (20 pikosaniyədən az ) yazan və oxuyan yaddaş hazırlayıblar. Bu göstərici müasir fləş yaddaşı ən azı 500 dəfə üstələyir. Qurğu optik impulsların köməyi ilə maqnit vəziyyətlərinin yazılması əsasında işləyir. Müəlliflərin sözlərinə görə, yaddaş həm də "0" vəziyyətindən "1" vəziyyətinə keçid üçün az enerji (sərt disk və fləş yaddaşla müqayisədə təxminən milyard dəfə daha az) tələb edir.
Qrafen müqaviməti sıfıra bərabər materiala çevrilib
Kembric Universitetinin tədqiqatçıları qrafeni yüksək keçiriciyə - müqavimət qabiliyyəti sıfıra yaxın materiala çevirməyə nail olublar.
Silikon robot ürək döyüntüsünə kömək edəcək
Harvard Universitetinin mütəxəssisləri Boston Uşaq Xəstəxanasının həkimləri ilə birlikdə ürək çatışmazlığı olan xəstənin ürəyini birbaşa stimullaşdıra bilən yumşaq və elastik robot hazırlayıblar.
Millət vəkili: "Məcburi köçkünlər daim Prezidentin diqqətindədir"
"Cənab Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı göstərdi ki, ölkə başçısı əhalinin bütün təbəqələri, ilk növbədə məcburi köçkünlər, eləcə də bu təbəqəyə bərabər tutulan şəxslərin sosial vəziyyətini daim diqqətdə saxlayır". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.














