Terrorçu müayinədən keçdi- VİDEO
Yeni il gecəsi Türkiyədə Reina gecə klubunda qətliam törədən terrorçu Abdülkadir Maşripov bu gün səhər saatlarında həkimlərin müayinəsindən keçib.
24 Yanvar 2017 11:29 DünyaYeni il gecəsi Türkiyədə Reina gecə klubunda qətliam törədən terrorçu Abdülkadir Maşripov bu gün səhər saatlarında həkimlərin müayinəsindən keçib.
"Olaylar" Türkiyə mətbuatına istinadən bildirir ki, terrorçunun polislər tərəfindən dindirilməsi hələ də davam etdirilir. Gecə saat 12 radələrindən polisdən çıxarılaraq, təhlükəsizlik qüvvələrinin nəzarəti ilə terrorçu xəstəxanaya gətirilib. Müayinə zamanı təhlükəsizlik qüvvələrinin nəzarəti davam etdirildi.
Polislər mətbuatın- kameraların, fotoqrafların görüntü ala bilməməsi üçün xəstəxana pəncərələrini salafan pərdələrlə bağlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31