Gündəm

Otel faciəsində itkin düşənlər axtarılır

24 Yanvar 2017 12:11

İtaliyanın Abruzzo vilayəti rayonunda Rigopiano di Farindola otelinin qar uçqunu altında qalması nəticəsində itkin düşmüş 23 nəfərin axtarışları aramsız davam etdirilir. Xilasedicilər otelin dağıntıları altında daha kimisə sağ tapacaqlarına ümidlərini itirmirlər. Euronews telekanalı xəbər verir ki, son məlumata görə, indiyədək hadisə yerində 6 nəfərin cəsədi aşkarlanıb, 4-ü uşaq olmaqla 11 nəfər xilas edilib. Qar “əsirliyindən” sağ qurtaranların həyatı üçün heç bir təhlükə yoxdur. Yalnız bir nəfərə cərrahi müdaxilə lazım gəlib. Həkimlər bildirirlər ki, xilas olunmuş 4 uşaq tezliklə evlərinə qayıda biləcəklər.

Azərbaycanda bu siqaretlərin satışı QADAĞAN EDİLDİ

24 Yanvar 2017 12:07

İqtisadiyyat Nazirliyi "Azəri" korporasiyasına həmin müəssisənin 2016-cı ilin iyulundan Şəkidə istehsal etdiyi filtrsiz "Piramida" siqaretinin satışını qadağan edib. 

İndoneziyada 5,0 bal zəlzələ baş verib

24 Yanvar 2017 12:05

İndoneziyada 5,0 bal gücündəzəlzələ baş verib.  Yeraltı təkanların episentri Sinabanq şəhərindən 91 km şimal-şərqdə, ocağı isə 23 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Bu barədə  APA.az “Gazeta.ru”-ya istinadən xəbər verir.

"WhatsApp" istifadəçilərinə xoş xəbər: hətta metroda belə...

24 Yanvar 2017 12:01

Yeniliyə əsasən, artıq telefonunuzda internet şəbəkəsi itdiyi anda da "mesajı göndər" işarəsinə basmaq mümkün olacaq. (Bu problem əsasən qatar tuneldə ikən baş verir)

Trampdan qəribə qərar - İspanlar çox qəzəbləndilər

24 Yanvar 2017 11:58

ABŞ prezidenti Donald Tramp öz vəzifəsinin icrasına başlayandan sonra ilk olaraq Ağ evin rəsmi internet səhifəsindən ispan dilinin çıxarılmasına dair qərar qəbul edib. Yeni prezidentin bu addımı İspaniyada hökumət və müxalifət tərəfindən etirazla qarşılanıb.

Avtomobil su kollektoruna yuvarlanıb

24 Yanvar 2017 11:54

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması barədə məlumat daxil olub. “Olaylar” nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:37-də başa çatıb.

Ötən il büdcə kəsirlə icra olunub

24 Yanvar 2017 11:51

2016-cı ildə dövlət büdcəsinə 17 mlrd. 501,2 mln. manat vəsait daxil olub, büdcədən 17 mlrd. 742,4 mln. manat vəsait xərclənib. “Olaylar” Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən xəbər verir ki, büdcənin icrasında 241,2 mln. manatlıq kəsir yaranıb. Bu isə ümumi daxili məhsulun 0,4%-i səviyyəsində olub.

Əhalinin sayı açıqlandı

24 Yanvar 2017 11:50

Azərbaycan əhalisinin demoqrafik vəziyyəti açıqlanıb. “Olaylar” Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, keçən ilin yanvar-noyabr aylarında əhalinin sayı 96,4 min nəfər və ya 1 faiz artaraq 2016-cı il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 802 min nəfərə çatıb.

Manatın orta aylıq məzənnəsi açıqlandı

24 Yanvar 2017 11:49

2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 mlrd. 275,5 mln. manat təşkil edib, onun 12 mlrd. 824,5 mln. manatı uzunmüddətli kreditlər olub.

Müəllim və valideynlərin qəbulu keçiriləcək

24 Yanvar 2017 11:48

Yanvarın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Cəbhədə 30 dəfə atəşkəs pozulub

24 Yanvar 2017 11:47

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

24 Yanvar 2017 11:45

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 6044 nəfərə yaxın şagird iştirak edəcək. Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 24-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər. Olimpiadanın növbəti mərhələsinin mart ayının ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır.

Hərbi qulluqçumuzun nəşinin geri qaytarılması məsələsi müzakirə olunub

24 Yanvar 2017 11:41

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.

Məcburi köçkünlərə ayrılan müavinətin taleyi hansısa qurumdan asılı olmayacaq

24 Yanvar 2017 11:42

“Cənab prezidentin məlum fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq, daha da güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi təmin olunacaq”.

“Vətən” tamaşası nümayiş olundu

24 Yanvar 2017 11:40

Ötən gün  Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin əsgərləri və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları üçün “Vətən” tamaşası nümayiş olunub.