“Vətən” tamaşası nümayiş olundu
Ötən gün Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin əsgərləri və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları üçün “Vətən” tamaşası nümayiş olunub.
24 Yanvar 2017 11:40 MədəniyyətÖtən gün Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin əsgərləri və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları üçün "Vətən" tamaşası nümayiş olunub.
"Vətən" tamaşası Azərbaycan Respublikasının Dövlət Himninə və bayrağına həsr olunub. İdeyası İntiqam Soltana, quruluşu İntiqam Soltan və Ayşad Məmmədova məxsus olan tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə edilib. Bayrağımızın yaranması, Azərbaycanın keçdiyi keşməkeşli tarixi yol tamaşada öz əksini tapıb.
Qeyd edək ki, tamaşada Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov bayrağımızın rənglərini canlandırır.