Gündəm
Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək
Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib. Qərar bu il üçün Rusiya federal büdcəsinin qəbul olunmasından və AŞPA qış sessiyasında iştirakdan imtina etdikdən sonra qəbul olunub.
Zakir Qaralov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il yanvarın 30-da saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Ölkədə ən çox yayılan xəstəliklər hansılarsır?
Azərbaycanda ən çox qeydə alınan xəstəliklərin siyahısı açıqlanıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən xəbərə görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib. Bununla yanaşı sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı bir qədər artıb.
5 canlı bomba saxlanıldı
Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar qəsəbəsində bombalı basqın hazırlayan 5 nəfər PKK terror üzvü saxlanıldı.
İsmayıl Dağıstanlı anılacaq
Akademik Milli Dram Teatrında İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək. Teatrdan “Olaylar” – a verilən məlumata görə yanvarın 26-da saat 15:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək. Anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
İqtisadçı məcburi köçkünlər üçün vahid aylıq müavinətindən danışdı
23 yanvar 2017-ci iltarixdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilib.
Biz QHT nümayəndələri olaraq AŞPA-ya öz müraciətimizi göndərdik
“Mediada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair bir qrup vətəndaş cəmiyyətinin, jurnalistin və hüquqşünasın müraciət etdiyi barədə xəbər yayılmışdı. Bu məsələ aşkara çıxarılanda təəssüfləndim ki, orada mənim şəxsən tanıdığım, az-çox hörmət etdiyim adamların da adları var idi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Politoloq: “Biz torpaqlarımızı işğaldan azad edəcəyik”
“Dağlıq Qarabağda terrorçu ünsürlərin azad edilməsi istiqamətində ordumuzun əməliyyatlar aparacağı təqdirdə Rusiyanın hansı mövqedə olacağı barədə Azərbaycan jurnalisti Anar Həsənovun Rusiya xarici işlər naziri Serqey Lavrova verdiyi sual cəmiyyətdə ciddi rezonanas doğurdu. Lavrov bu sualı cavablandırarakən birmənalı olaraq Azərbaycanın suverenliyini şübhə altına alan bəyanat verdi və torpaqlarımızın hərbi yolla geri qaytarara biləcəyimizin mümükünsüzlüyünü ifadə etdi. Həqiqətən də sualın qoyuluşu elə tərtib olunmuşdu ki, cavab yalnız birmənalı olmalı idi”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
“Bu fərman hər bir məcburi köçkünü sevindirəcək mütərəqqi addımdır”- ŞƏRH
“Azərbaycanda dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır. Dövlətimiz daima çalışır ki, ölkədə aztəminatlı təbəqəyə sosial yardımlar edilsin, məcburi köçkün və onlara bərabər tutulan şəxslərə dövlət təminatları həyata keçirilsin”.
Hərbi icmalçı: “Azərbaycan sülhə nail ola biləcək”
“Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün hərbi hissədə söylədiyi fikirlərdə dövlətimizin Qarabağ münaqişəsi, Ermənistanın işğalına, konfiliktin sülh yolu ilə həlli ilə bağlı hərbi-siyasi mövqeyi, o cümlədən hərbi-texniki imkanlarımızın mövcud vəziyyəti, qarşıda duran vəzifələr öz əksini tapıb”. Bunu hərbi siyasi icmalçı Ramil Məmmədli deyib.
“Burada məqsəd müavinətləri birbaşa məcburi köçkünlərə çatdırmaqdır”- ŞƏRH
“Ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı onların əvvəlki xərc və kommunal müavinətlərin bir başa pul vahidi ilə əvəzlənməsinə hesablanıb”. Bunu Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən seçilən millət vəkili Elman Məmmədov deyib.
Bahanın dediyi düz çıxdı, Nazla Əli AYRILDI
“Zuhal Topalla” evlilik verilişində iştirakçı olaraq məşhurlaşan azərbaycanlı gəlin Naz və onun üçün Bakıdan gələn Əli Əkbər yollarını ayırıblar. Əli Naza güvənmədiyini bildirib.
"Bu, məcburi köçkünlərə göstərilən qayğının bariz nümunəsidir"
“Cənab Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dair atılan addımların davamıdır”. Bunu millət vəkili Fəzail İbrahimli deyib.
Prezident İlham Əliyev növbəti dəfə sosial ədaləti bərpa etdi- TƏHLİL
Dövlət başçısı İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzaladı.
Gözün buynuz qişasının toxumalarının ölkəyə gətirilməsi ilə bağlı İşçi qrupu yaradılacaq
Azərbaycanda gözün buynuz qişanın transplantasiyası üçün hansı problemlər olduğunu araşdırılması üçün İşçi qrupu yaradılacaq. Artıq Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bununla bağlı müvafiq nazirliklərə müraciət edib”. Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədir müavini Musa Quliyev deyib.














