Gündəm
Deputat: "Fərman zamanında və düzgün atılan addımdır"
“Dünyada mövcud olan iqtisadi böhran nəticəsində ölkədə müəyyən qiymət artımlarını başqa səmtə yönəltməyə çalışırlar. Lakin Prezident İlham Əliyevin son bir neçə gün ərzində həm minimum əmək haqlarının, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də ötən gün məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması Dövlət başçısının hər zaman diqqətindədir”. Bunu açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Fəttah Heydərov: "Məcburi köçkünlərə göstərilən qayğı davamlı olacaq"
“Azərbaycan Prezidenti ölkədə aparıcı qüvvə olaraq bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”. Bunu jurnalistlərə açıqlamasında millət vəkili, Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov deyib.
“Prezidentin fərmanı bütövlükdə bu sistemin effektivliyinin artırılmasına yönəlib”
“Dövlətin sosial xərclərinin əsas məqsədlərindən biri sosial qayğıya və təminata ehtiyaca olan vətəndaşlara həyat şəraitinin təmin olunmasında yardım etməkdir”. Bunu Tahir Mirkişili Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanını şərh edərkən bildirib.
Fevral ayında pensiyaların ödənişi artımlarla birlikdə həyata keçiriləcək
“2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsi məqsədilə hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu tədbir nəticəsində istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmaqla nəticə etibarilə əmək pensiyalarının ildən-ilə artırılması təmin olunur.
Sosial sığorta haqqında qanuna dəyişiklik ediləcək
"Muzdlu işçisi olmayan fiziki şəxslərin hesabat verməkdən azad olunmasının mövcud qanunvericilikdə öz əksini tapması üçün hazırda sosial sığorta haqqında qanuna dəyişikliklər hazırlanır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında bildirib.
İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.
Məhkəmə Maşallah Əhmədova yenə vaxt verib - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib.
Efirdə qara siyahıya düşən müğənnilər
Azərbaycanda bir sıra məşhur incəsənət nümayəndələri zamanla efirə buraxılmamaqları ilə bağlı gileyləniblər. Əksər sənətçilər özəl televiziya kanallarının onlara belə bir qadağa qoyduqlarını ictimaiyyətə etiraf ediblər.
Məhkəmə binası yaxınlığında qarşıdurma: Polis havaya atəş açdı - FOTO
Adana məhkəmə binasının yanındakı İnönü Parkında əmiuşaqları arasında baş verən silahlı qarşıdurmada 2-si ağır olmaqla 4 nəfər yaralanıb. Polis havaya atəş açarkən ətrafda böyük bir çaxnaşma yaşanıb.
Şok kadrlar: "Onun bədəni dəmirdir" - VİDEO-FOTO
"Bu videonu görəndə şoka düşdüm. Elə bil onun bədəni dəmirdəndir". Çinli kunq-fu ustasının çəkildiyi video sosial şəbəkələrdə sürətlə yayılır. Orta yaşlı usta ağac dirəyin ayaqlarının arasına zərbəsinə nəinki dözür, hətta bu zərbələri təkrarlayır.
Obama 227 milyon dollar yardım etdi
Amerikanın 44 – cü prezidenti Barak Obama səlahiyyətlərinin bitməsinə bir neçə saat qalmış Fələstinə 221 milyon dollar, iqlim dəyişikliyinə görə 4 milyon dollar və Birləşmiş Millətlərin təşkilati işləri üçün 1,25 milyon dollar olmaqla təxminən 227 milyon dollar qarşılıqsız maddi yardım edib.
Binəqədi-Novxanı-Corat avtomobil yolu salınır
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı.
İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissədir
“Azərbaycanda son illər çox mühüm islahatlar həyata keçirilir. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindəndir”.
Qırılma nöqtəsi: ELAN ETDİLƏR: "Milislər çıxsınlar!"
Tarixi Suriya zirvəsində tərəflər bir-birlərinə çatdırdıqları tələbləri qiymətləndirərkən müxaliflərin sözçüsü imzalanacaq bir bəyanat olmadığını deyib. Türkiyə, Rusiya və İranın dünən ortaq hazırladığı məlumatda üçlü atəşkəs mexanizmi nəzərdə tutulub. Türkiyə və Rusiyanın liderliyi ilə baş tutan sammitin ikinci günündə müxalifətin hərbi qanadı ilə Şam rejimi dünən bir-birlərinə çatdırdıqları tələbləri müzakirə masasına yatırıblar.
"Ermənistanın siyasi və diplomatik sistemində çalışanların aşağı səviyyəsi təəccüb və istehza doğurur"
"Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur". Bunu Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın dediklərini şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.














