Məhkəmə binası yaxınlığında qarşıdurma: Polis havaya atəş açdı - FOTO
Adana məhkəmə binasının yanındakı İnönü Parkında əmiuşaqları arasında baş verən silahlı qarşıdurmada 2-si ağır olmaqla 4 nəfər yaralanıb. Polis havaya atəş açarkən ətrafda böyük bir çaxnaşma yaşanıb.
24 Yanvar 2017 13:16 DünyaAdana məhkəmə binasının yanındakı İnönü Parkında əmiuşaqları arasında baş verən silahlı qarşıdurmada 2-si ağır olmaqla 4 nəfər yaralanıb. Polis havaya atəş açarkən ətrafda böyük bir çaxnaşma yaşanıb.
Hadisə saat 10.30 radələrində qeydə alınıb.
Parkda olan vətəndaşlar qaçmağa başlayarkən ərazidə olan polis qrupları hadisəyə müdaxilə ediblər. Havaya silahla atəş açan polis hər iki qrup üzvlərini saxlayıb. Yaralılar təcili yardımlarla xəstəxanalara çatdırılıblar, şübhəlilər nəzarətə alınıb. Bu barədə Milli.az DHA-ya istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31




