Binəqədi-Novxanı-Corat avtomobil yolu salınır

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi davam etdirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır. Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1.1 km-lik hissəsi artıq hazırdır. Bundan başqa layihə çərçivəsində yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunur, həmçinin Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12.5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31