Gündəm

“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində yarış keçirilib

24 Yanvar 2017 14:18

Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və GİN-in birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin Bakı şəhərinin rayonları üzrə məktəbdaxili yarışlarını keçirməyə şəraiti olmayan Binəqədi rayonu üzrə orta məktəblərin (179, 298, 300 və 301 №-li tam orta məktəb) məktəbdaxili yarışları 246 №-li məktəb-liseydə keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub.

12 rayonun kadastr xəritəsi tərtib olunub

24 Yanvar 2017 14:15

“Respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Nəticədə reallığı əks etdirən rəqəmsal kadastr xəritələri tərtib olunub. Gəncə, Sumqayıt şəhər bələdiyyələrinin, Bakı şəhərinin 3 bələdiyyəsi (Nəsimi, Yasamal və Bakıxanov) üzrə xəritələr hazırlanıb. Ötən il Gəncə və Şəki şəhərləri üzrə böyük kadastr layihələri yekunlaşıb və təqdimatı keçirilib”.

172 min daşınmaz əmlaka mülkiyyət hüququ verilib

24 Yanvar 2017 14:13

2016-cı il ərzində ölkə üzrə 172 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. “Olaylar” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov kollegiya iclasında məlumat verib. Bildirib ki, bu göstəricinin 50 minə yaxını ilkin, 122 min isə təkrar qeydiyyata aid olub. 2015-ci ildəki göstəricilərlə müqayisədə ötən il ilkin qeydiyyata dair verilmiş çıxarışların sayında 18,7% artma, tərtib olunmuş texniki pasportların sayında 4,5% artma qeydə alınıb.

“Made in Azerbaijan” brendi xarici bazarlarda

24 Yanvar 2017 14:12

Prezident İlham Əliyevin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” fərmanının icrası uğurla davam etdirilir.

Rəfiqəsi evini yıxdı

24 Yanvar 2017 14:00

Türkiyədə 17 yaşlı qız doğum günündə zorlanıb. Doğum günündə qızı zorlayan şəxsə 25 illik həbs cəzası verilsə də, o, iki il sonra azadlığa buraxılıb. Məhkəmənin bu qərarı qızın atasını özündən çıxarıb.

"Azərbaycanın məcburi köçkünlərlə bağlı siyasəti digər dövlətlərə nümunə göstərilir"

24 Yanvar 2017 13:56

"Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün çox müsbət tədbirlərdəndir".

3382 sahibkara lisenziya verilib

24 Yanvar 2017 13:54

İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2017-ci il tarixinə qədər sahibkarlara 3382 lisenziya verilib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, onlardan 1788-i yeni, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Verilmiş lisenziyaların 2964-ü Bakı şəhərinin, 418-i isə regionların payına düşür. Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhsil fəaliyyəti, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı fəaliyyət növləri üzrə verilib.

Ötən il cəmi 60 yoxlama keçirilib

24 Yanvar 2017 13:53

2016-cı ildə cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün qeyd edilib ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə 2477 sahibkara 190 mln. manata yaxın kredit verilib.

Ərzaq təhlükəsizliyi diqqət mərkəzindədir

24 Yanvar 2017 13:52

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 20 rayonunda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemləri tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb.

10 rayonda xalça sexi tikiləcək

24 Yanvar 2017 13:51

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq.

Buludlu hava geri qaydır

24 Yanvar 2017 13:50

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ötən il 410 sənaye müəssisəsi açılıb

24 Yanvar 2017 13:48

Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.

Çavuşoğlu və Lavrov Astana danışıqlarını müzakirə edib

24 Yanvar 2017 13:42

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriya üzrə Astana danışıqlarını müzakirə edib. Tərəflər Astanada aparılan danışıqların gedişini telefonla müzakirə ediblər.

Qanunsuz tikililərlə bağlı əsas problem- AÇIQLANDI

24 Yanvar 2017 13:39

Millit Məclisin regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə qanunsuz tikililərlə bağlı əsas problemi açıqlayıb. Bu barədə jurnalistlərə açıqlama verən komitə sədri bildirib ki, Bakıda və Abşeron yarımadasında tikilən qanunsuz evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunsalar da, onlar hələ rəsmiləşdirilməyiblər. 

400-dən çox şirkətdə vəzifəsindən imtina etdi - YENİLƏNİB

24 Yanvar 2017 13:35

ABŞ prezidenti Donald Tramp 400-dən çox şirkətdə tutduğu postlardan imtina edib. "Mən, Donald Tramp, bu şirkətlərdə bütün səlahiyyət və mövqelərdən imtina edirəm", - sənəddə qeyd olunub.  Şirkətlərin adları qeyd olunan 19 səhifəlik sənədin Trampın inauqurasiya ərəfəsində, yanvarın 19-da imzaladığı bildirilir. Azvision.az xəbər verir ki, bu barədə CNN "Tramp Organization"a istinadən məlumat yayıb.