Ötən il cəmi 60 yoxlama keçirilib
2016-cı ildə cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün qeyd edilib ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə 2477 sahibkara 190 mln. manata yaxın kredit verilib.
24 Yanvar 2017 13:53 Sosial2016-cı ildə cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün qeyd edilib ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub. Bu barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə 2477 sahibkara 190 mln. manata yaxın kredit verilib. Verilən vəsaitin 63,1%-i qaytarılan vəsaitlər hesabına həyata keçirilib. Güzəştli kreditlərdən istifadə etməklə sahibkarların investisiya layihələrinin reallaşdırılması 8100-dən çox yeni iş yerinın açılmasına imkan yaradır. İndiyədək isə 32,7 minə yaxın sahibkarın ümumi investisiya dəyəri 4 mlrd. manat olan investisya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manatadək güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 mln. manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.