3382 sahibkara lisenziya verilib

İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2017-ci il tarixinə qədər sahibkarlara 3382 lisenziya verilib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, onlardan 1788-i yeni, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Verilmiş lisenziyaların 2964-ü Bakı şəhərinin, 418-i isə regionların payına düşür. Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhsil fəaliyyəti, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı fəaliyyət növləri üzrə verilib.

İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2017-ci il tarixinə qədər sahibkarlara 3382 lisenziya verilib. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, onlardan 1788-i yeni, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Verilmiş lisenziyaların 2964-ü Bakı şəhərinin, 418-i isə regionların payına düşür. Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhsil fəaliyyəti, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı fəaliyyət növləri üzrə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31