12 rayonun kadastr xəritəsi tərtib olunub

“Respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Nəticədə reallığı əks etdirən rəqəmsal kadastr xəritələri tərtib olunub. Gəncə, Sumqayıt şəhər bələdiyyələrinin, Bakı şəhərinin 3 bələdiyyəsi (Nəsimi, Yasamal və Bakıxanov) üzrə xəritələr hazırlanıb. Ötən il Gəncə və Şəki şəhərləri üzrə böyük kadastr layihələri yekunlaşıb və təqdimatı keçirilib”.

"Respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Nəticədə reallığı əks etdirən rəqəmsal kadastr xəritələri tərtib olunub. Gəncə, Sumqayıt şəhər bələdiyyələrinin, Bakı şəhərinin 3 bələdiyyəsi (Nəsimi, Yasamal və Bakıxanov) üzrə xəritələr hazırlanıb. Ötən il Gəncə və Şəki şəhərləri üzrə böyük kadastr layihələri yekunlaşıb və təqdimatı keçirilib". "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun bildirdiyinə görə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. 2016-cı ildə ölkənin 4,1 mln. ha ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işi və 4,1 mln. ha ərazi üçün relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara istinadən ölkənin 51 kənd rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilmiş və onların 3D formatda relyef xəritələri hazırlanıb. Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən "Kütləvi çıxarış" kampaniyası davam etməkdədir. Keçirilmiş 28 kampaniyanın 6-sı paytaxt rayonlarında, 22-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31