“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində yarış keçirilib
Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və GİN-in birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin Bakı şəhərinin rayonları üzrə məktəbdaxili yarışlarını keçirməyə şəraiti olmayan Binəqədi rayonu üzrə orta məktəblərin (179, 298, 300 və 301 №-li tam orta məktəb) məktəbdaxili yarışları 246 №-li məktəb-liseydə keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub.
24 Yanvar 2017 14:18 SosialTəhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və GİN-in birgə təşkilatçılığı ilə keçirilən "Olimpiya Hərəkatı" layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin Bakı şəhərinin rayonları üzrə məktəbdaxili yarışlarını keçirməyə şəraiti olmayan Binəqədi rayonu üzrə orta məktəblərin (179, 298, 300 və 301 №-li tam orta məktəb) məktəbdaxili yarışları 246 №-li məktəb-liseydə keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki,"Olimpiya Hərəkatı" layihəsi olimpiya hərəkatının ümumtəhsil məktəblərində təşviqi, bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin daha da yaxşılaşdırılması, hədəf idman növlərinin inkişaf etdirilməsi, Bakı 2015 Avropa Oyunlarının idman irsinin gücləndirilməsi, Olimpiya İdman Komplekslərindən və idman bazalarından səmərəli isitfadə edilməsi məqsədilə həyata keçirilir.