Gündəm

İllərimi boşuna yaşamamışam

24 Yanvar 2017 15:04

Məncə, Nailə İslamzadəni  xüsusi təqdim etməyə, obrazlı ifadələrlə “bəzəməyə”  lüzum  yoxdu. Uzun illər Azərbaycan Televiziyasının diktoru olmuş bu xanım özünün sadəliyi, gözəlliyi və səlist, təmiz nitqi, diksiyası ilə hər kəsin yaddaşına hopub. Tam 25 il tamaşaçılara  çatdırdığı xəbərlərdə, eləcə də digər verilişlərdə ana dilinin təmizliyini qorumağa çalışıb, nitqində kənar ifadələr, xoşagəlməz sözlərə yer verməyib. Azərbaycanın əməkdar artisti adına layiq görülən Nailə xanım bu gün rabitə sistemində çalışmaqla yanaşı, həm də Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısıdır.

Münaqişənin həlli prosesi başlamadan atəşkəsin uzanmasına verilən dəstək rəsmi İrəvanın maraqlarına xidmət edir

24 Yanvar 2017 15:01

Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində cərəyan edən proseslər münaqişənin həllindən daha çox onun uzanmasına, çıxılmaz vəziyyət almasına gətirib çıxarır. Digər tərəfdən işğalçı ölkənin hər ötən gün daha da qabarıq şəkildə aqressivlik nümayiş etdirməsi cəbhədə vəziyyəti bir qədər də gərginləşdirir. Bu arada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvaya dəvət edilməsi isə yenidən diqqətləri şimal qonşumuza yönəldib. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbəndiyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Yanvarın 24-də isə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Rusiya Federasiyasına səfər edib. Ermənistan xarici işlər nazirinin ardınca Azərbaycan XİN rəhbərinin Rusiyaya dəvət edilməsi belə bir fikir formalaşdırıb ki, Kreml Dağlıq Qarabağ problemi ilə bağlı yeni bir görüş keçirmək niyyətindədir.

Dispetçerdən 2 kq narkotik götürülüb- Video

24 Yanvar 2017 14:46

Lənkəranda avtovağzal dispetçeri 2 kiloqramdan çox narkotiklə tutulub.  Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının Səpnəkəran kəndində keçirdikləri əməliyyat zamanı "BMW" markalı "90-CA-666" dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılıb.

Rusiya və ABŞ-ın dəstəyi Türkiyənin Əl-Baba girməsini asanlaşdıracaq

24 Yanvar 2017 14:43

“Rusiya və ABŞ-ın Deyr-əz Zoru bombalaması Türkiyənin Əl-Baba girməsini asanlaşdıracaq”. Bu sözləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının  kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Hakkı Pekin deyib. “18 yanvarda Türkiyə və Rusiyanın Əl-Babda İŞİD-ə qarşı ortaq havaəməliyyatı həyata keçirməsindən sonra Rusiyanın 23 yanvarda Deyr əz-Zora qarşı uzun mənzilli qırıcılarla həyata keçirdiyi hava əməliyyatına ABŞ-ın və NATO-nun Avropadakı bir üzvünün dəstək verdiyi bildirilir. Bunu necə dəyərləndirirsiniz?” - sualına İ. H. Pekin belə cavab verib: “Rusiya ilə Türkiyənin Əl-Babda DEAŞ-a qarşı müştərək hava əməliyyatı keçirməsi normaldır.

Prezident xalqın iradəsini təcəssüm edir

24 Yanvar 2017 14:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında qeyd etdiyi kimi əhalinin sosial rifah halının yaxşılaşdırlması Azərbaycan dövlətinin başlıca vəzifəsidir və bu istiqamətdə davamlı addımlar atılacaq. Məlum iclasdan qısa müddət keçməsinə baxmayaraq artıq bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir. Belə ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı sərəncam əsasında minimum əmək haqqı və pensiyaların sığorta hissəsi artırıldı. Bunun ardınca isə yanvarın 23-də dövlət başçısının imzaladığı fərman əsasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildi. Prezidentin qərarı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən olundu.

“Siyasətçi peşəsini və siyasəti şou-bizneslə səhv salanlar var”

24 Yanvar 2017 14:39

Son vaxtlar siyasi çevrələrdə, xüsusilə bəzi müxalifət partiyaları arasında qəribə tendensiya müşahidə edilir. Belə ki, siyasətçilər siyasi proseslərlə məşğul olmaqdan daha çox, tarixi araşdırmalar aparmaq, hansısa tarixi şəxsiyyət barədə mənfi fikirlər səsləndirməyə üstünlük verirlər. Bu isə digər siyasi partiyalarda narazılıq yaradır. Beləliklə, partiyalar və onların rəhbərlikləri arasında ciddi söz savaşına start verilir. Artıq bir aya yaxındır ki, bir neçə partiya arasında bu cür gərginlik müşahidə edilir. Bəs görəsən, siyasi partiya rəhbərlərinin bu addımı həmin prosesi seyriçi mövqeyindən izləyən digər partiyalarda hansı qənaəti formalaşdırır. Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucova müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə AMİP rəsmisi müxalifət partiyaları arasında mövcud olan münasibətlərdən də danışıb.

ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız kağız üzərindədir

24 Yanvar 2017 14:37

Ermənistan Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitini hələ də qaytarmaq istəmir. Bütün beynəlxalq və müharibə qanunlarını aşağılayan Ermənistan dövləti tərəfindən əsir saxlanılan Azərbaycan əsgərinin meyitinin geri qaytarılması istiqamətində rəsmi Bakının müvafiq beynəlxalq təşkilatlarla apardığı danışıqlar da təəssüflər olsun ki, müsbət nəticə vermir. Əksinə işğalçı ölkə tərəfindən əsgərimizin meyiti heç bir insani dəyərlərə sığmayacaq şəkildə təhqir edilir. Məlumat üçün qeyd edək ki, meyitin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edib. Həmçinin Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland da Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb. Lakin, nəticə yoxdur.

Sosial şəbəkələrdəki şəkillərdən bəzi insanlar şantaj məqsədi ilə istifadə edirlər

24 Yanvar 2017 14:36

Ölkədə fikir və məlumat azadlığının yüksək səviyyədə təmin olunması, mətbuata verilən sərbəstlik bəzən bu vəziyyətdən sui-istifadə hallarının meydana gəlməsinə səbəb olur. Belə ki, mətbuata qazanc mənbəyi kimi baxan bir çox “qələm sahibləri” əsasən öz fəaliyyətlərini hansısa şəxs və şəxsləri şantaj etmək, onların şəxsi həyatlarına toxunmaq müstəvisində qururlar. Qarşı tərəf öz hüququndan istifadə edərək məhkəmə instansiyalarına müraciət edəndə isə, dərhal mətbuata basqı olduğu barədə hay-həşir qaldırılır. Halbuki şantaj edən şəxs barəsində müvafiq ölçü götürülməsi qanunvericilikdə də öz əksini tapıb.

Əli Həsənov: Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bir çox bürokratik əngəllər aradan qalxacaq

24 Yanvar 2017 14:37

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək.

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı həmişə ön planda olub

24 Yanvar 2017 14:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də imzaladığı fərman əsasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilib. Sənədə əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi nəzərdə tutulub. 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Dövlət başçısının imzalamış olduğu məlum fərman məcburi köçkünlər tərəfindən yüksək qiymətləndirilib. Sözügedən sənəd həmçinin Azərbaycan dövlətinin, onun prezidentinin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin hllinə, ümumilikdə Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına nə qədər diqqət yetirdiyini bir daha ortaya qoyub.

Suriya müxalifəti Astana sənədini imzalamaqdan imtina edib

24 Yanvar 2017 14:28

Suriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommunikeni imzalamaqdan imtina ediblər.

AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri barədə Monitorinq Komitəsində məlumat veriblər

24 Yanvar 2017 14:25

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası olub.

Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək

24 Yanvar 2017 14:23

Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək. Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Dövlət Duması 2017-ci il üçün federal büdcənin qəbulundan sonra beynəlxalq səfərlər planına düzəlişlər edib.

470 metropolitençinin peşə səviyyəsi təkmilləşdirilib

24 Yanvar 2017 14:19

2015-2016-cı illərdə 64 nəfər qatar maşinisti köməkçisi ixtisası üzrə 6 aylıq hazırlıq kurslarına qatılıb və tədris prosesinin yekununda mərhələli imtahan veriblər.