Gündəm
Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 31-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək. Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalibiyyə küç, H.Əliyev parkı ) saat 10:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Qaçqın və məcburi köçkünlər yüksək dövlət qayğısı ilə əhatə olunublar
"Azərbaycan sosial dövlətdir və daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Azərbaycanın sürətli inkişafı, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb”. “OLAYLAR”-ın xəbərinə görə, u fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib.
Kişi hamilə olan sürücü qadını küçədə DÖYDÜ
Moskva sakini maşını düzgün park etməyən hamilə qadına xəsarət yetirib. Qadın bədənin müxtəlif yerindən xəsarətlər alması iddiası ilə polisə şikayət edib. Onun sözlərinə görə, maşını park etdikdən sonra həmin şəxs ona yaxınlaşıb və maşının keçid üçün maneə törətdiyini deyib. Qadın etiraz etmək istəyəndə isə kişi onu vurub.
Moldova XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək
"Cari il fevralın 27-28-də Bakıda Azərbaycan və Moldova xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək". Bunu Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka deyib.
Ərdoğan Azərbaycan və Türkiyə arasında texniki əməkdaşlıq haqqında Protokolu təsdiq edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.
Evdən pul və qızıl aparan yaxalanıb
Yanvarın 21-də rayon ərazisindəki evlərdən birindən 5000 ABŞ dolları, 13000 manat dəyərində qızıl əşyalar, 1 ədəd kompüter və 1 ədəd fotoaparat oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Məmmədli tutulub. Faktla bağlı araşdırma aparılır.
Bu fərmandan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac olmayacaq
“Dövlət başçısı tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir. Fərmanın bir çox müsbət tərəfləri var və məcburi köçkünlərin, onlara bərabər tutulan şəxslərin işini xeyli asanlaşdıracaq”.
Diaspor rəhbərinin erməni ilə ailə qurması xəbəri yalan çıxdı
İsveçin Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Səttar Sevginin erməni xanım ilə ikinci ailə həyatı qurması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
2362 nəfər təlim kurslarına cəlb ediləcək
“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzinin fəaliyyətə başladığı 2014-2015-ci tədris ilində 323-ü mütəxəssis və 119-u fəhlə olmaqla, cəmi 442 nəfər yeni peşə hazırlığı kurslarına cəlb ediliblər. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 2016-2017-ci tədris ilinin birinci yarısında, 135-i yeni işə qəbul edilən olmaqla, 245 nəfər hazırlıq, 387 nəfər ixtisasartırma kursu keçib. İşə qəbul olunmuş 75 işçinin hazırlıq kursu isə 2017-ci ilin iyun ayında başa çatdırılacaq. Ümumən, 3 tədris mövsümünün yekunu olaraq (2016-2017-ci tədris ili nəzərə alınmaqla) təlim-tədris mərkəzində kurslara cəlb edilənlərin sayı 2362 nəfər təşkil edəcək.
"Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi sosial ədalətin tam təminatıdır"
"Azərbaycan prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı sosial ədalətin tam təminatıdır".
Güllə səsinə hana səsi qarışan HORADİZ
Başqa vaxtı Horadizə səfər məni bu qədər həyəcanlandırmazdı. Əlbəttə, əgər Füzuli işğalda olmasaydı, dahi şairin adını daşıyan şəhərə ən yaxşı halda Füzuli kantatasından yadımda saxladıqlarımı zümzümə edə-edə gedərdim. Amma indi sözün əsl mənasında həyəcan vardı.
“Bələdiyyələri qınamaq olmaz”
Yanvarın 24-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və 2017-ci il yaz sessiyasının iş planı layihəsi müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanun layihələri hazırda razılaşma mərhələsindədir: “Mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında müzakirə olunaraq parlamentin müzakirəsinə çıxarılacaq”. Komitə sədri deyib ki, bunlar “Bələdiyyə torpaqlarlarının idarə edilmısi haqqında” qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, “Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında” qanmunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara dəyişiklik layihələridir. Komitə sədri onu da deyib ki, adıçəkilən qanun layihələrinin zamanında hazırlanması üçün komitə üzvləri məsul ediliblər.
Minimum əmək haqqının artırılması bütövlükdə əməkhaqlarına təsir edəcək
Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi daim diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarının sosial vəziyyətlərinin yaxşılaşması, insanların layiqli həyat şəraitinin təmin olunması məsələlərini diqqət mərkəzində saxlayır. Dövlət başçısının son günlərdə imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında”, “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” fərmab və sərəncamları da məhz əhalinin sosial sosial vəziyyətinin yaxşılaşmasına hesablanıb.
Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidir
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun qış sessiyasında fəallığı ilə seçilir. Belə ki, sessiyanın ilk günündə qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. İclas çərçivəsində komitənin yeni sədr seçkiləri baş tutub. Seçkilərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova yekdilliklə yenidən bu komitənin sədri seçilib. Azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarları Qrupu tərəfindən irəli sürülüb.
Bəzi lisenziyaların rüsumu artırılır
“Dövlət rüsumu haqqında” qanuna ediləcək dəyişikliyə əsasən mobil operatorlar Azərbaycanda lisenziya almaq üçün bir milyon manata yaxın bir məbləğ ödəməli olacaqlar. Sənədə əsasən Azərbaycanda fəaliyyət göstərəcək yeni mobil operator lisenziya almaq üçün verəcəyi bir milyon manatına 995000 min manatını büdcəyə yerdə qalan beş min manatı isə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürüləcək.














