2362 nəfər təlim kurslarına cəlb ediləcək
“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzinin fəaliyyətə başladığı 2014-2015-ci tədris ilində 323-ü mütəxəssis və 119-u fəhlə olmaqla, cəmi 442 nəfər yeni peşə hazırlığı kurslarına cəlb ediliblər. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 2016-2017-ci tədris ilinin birinci yarısında, 135-i yeni işə qəbul edilən olmaqla, 245 nəfər hazırlıq, 387 nəfər ixtisasartırma kursu keçib. İşə qəbul olunmuş 75 işçinin hazırlıq kursu isə 2017-ci ilin iyun ayında başa çatdırılacaq. Ümumən, 3 tədris mövsümünün yekunu olaraq (2016-2017-ci tədris ili nəzərə alınmaqla) təlim-tədris mərkəzində kurslara cəlb edilənlərin sayı 2362 nəfər təşkil edəcək.
24 Yanvar 2017 15:23 Sosial"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzinin fəaliyyətə başladığı 2014-2015-ci tədris ilində 323-ü mütəxəssis və 119-u fəhlə olmaqla, cəmi 442 nəfər yeni peşə hazırlığı kurslarına cəlb ediliblər. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 2016-2017-ci tədris ilinin birinci yarısında, 135-i yeni işə qəbul edilən olmaqla, 245 nəfər hazırlıq, 387 nəfər ixtisasartırma kursu keçib. İşə qəbul olunmuş 75 işçinin hazırlıq kursu isə 2017-ci ilin iyun ayında başa çatdırılacaq. Ümumən, 3 tədris mövsümünün yekunu olaraq (2016-2017-ci tədris ili nəzərə alınmaqla) təlim-tədris mərkəzində kurslara cəlb edilənlərin sayı 2362 nəfər təşkil edəcək.