Gündəm
Tikinti materialları istehsalında tənəzzül...
Azərbaycanda 2016-cı ildə tikinti sektorundakı ciddi geriləmə özünü tikinti materiallarının istehsalında da göstərib. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə əsasən ötən il bu sektorda ciddi tənəzzül yaşanıb.
Polis mayoru keçmiş həyat yoldaşının qətlinə görə özünü təqsirli bilməyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirən polis mayoru Samir Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə S. Əliyevin müdafiəsinə daha bir vəkil - Elnur Quliyevin qoşulduğu elan edilib. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Nizami Abbasov S. Əliyev barəsində cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı ilə bağlı vəsatət qaldırıb.
Ermənistanda iqtisadi vəziyyət o qədər çətinləşir ki,…
Ermənistanın Bakı-Axalkalaki-Qars dəmiryolundan istifadə etmək istəyi, artıq gündəmdədir. Ermənistanın nəqliyyat naziri bununla bağlı danışıqlar aparacağını, yüklərin daşınmasını bu imkandan istifadə edəcəklərini qeyd edib. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun regional layihələrdən kənarda qalmasına səbəb olub: “Bu səbəb ortadan qalxmayınca, Ermənistanın bu imkandan faydalacağı qeyri-mümkündür.
Metropolitençilər Avropa ölkələrində təcrübə keçirlər
“2015-ci ildən etibarən “Bakı Metropoliteni” QSC paytaxtın aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilələr çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirir”. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub.
Müdafiə təyinatlı məmulatların istehsalı 1,8 dəf artıb
2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Bu barədə nazirlikdən verilən məlumata görə, 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub. Hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.
Sabirabadda pambıqla bağlı respublika müşavirəsi keçiriləcək
Ötən il 90 min tona yaxın pambıq məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilmişdir ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. Cari ildə isə respublika üzrə 27 rayonda 120 min hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılır.
Azərbaycanda yol polisi sürücünü ələ salıb ağlatdı - VİDEO çəkib sevgilisinə göndərdi
Sosial şəbəkələrdə sürücünün yol polisinə yalvarmasını özündə əks etdirən görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırmalara başlanılıb.
Prezident iflic oldu
Uzun sürən vətəndaş müharibəsi və ölkədəki ağır vəziyyət diktator Bəşər Əsədin səhhətində ciddi fəsədlara səbəb olub. Verilən xəbərə görə son günlər Suriya prezidenti Bəşər Əsəd çox əsəbidi.
Microsoftdan bəd xəbər
Dünyanın ən böyük şirkətlərindən biri olan Microsoft leçən il 3000 min nəfəri işdən çıxartmışdı. Şirkət700 nəfəri işdən azad etməyə hazırlaşır.
#ozguruz yenidən fəaliyyət göstərəcək
Məşhurtürkiyəlijournalist, redactorCanDündarın baş redaktoru olduğu ozguruz.org xəbər saytı Berlində fəaliyyət göstərəcək. Sayt həm almanca, həm də türkcə olmaqla iki dildə xəbərlər yayımlanacaq.
Fərmandan irəli gələrək şəffaflıq tam təmin olunacaq” -ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Məktəbdə RÜSVAYÇILIQ: İngilis dili müəlliməsi öz şagirdləriylə ...
ABŞ-ın Texas ştatındakı orta məktəbdə baş verən biabırçılq böyük qalmaqala səbəb olub.
Məcburi köçkünlər dövlət başçısının fərmanını alqışlayır və dəstəkləyirlər
Prezident İlham Əliyevin dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı imzaladığı fərman bu qrupdan olan şəxslərin sevincinə səbəb olub.
"Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2364 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1645-1637 metr intervaldan sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəy öyrənilir
2017-2018-ci tədris ilində istifadəyə veriləcək 6-cı sinif şagirdləri üçün dərslik və həmin dərsliklər üzrə müəllim üçün metodik vəsaitlərin yeniləşdirilmiş layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə həmin dərslik və metodik vəsaitlər














