Gündəm

Tüfəng və qombaranı polisə könüllü təhvil verdi

24 Yanvar 2017 17:08

Daxili İşlər Nazirliyindən veriln məlumata görə, Gəncə şəhər sakini Qurban Məmmədov tapdığı "RQD-5" markalı qumbaranı könüllü olaraq Nizami (Gəncə) RPİ-yə təhvil verib. Digər analoji hadisə Ordubad şəhərində qeydə alınıb. Ordubad şəhər sakini Yaşar Tağıyev tapdığı "Karabin" markalı tüfəngi, 1 ədəd güllə darağını və 259 ədəd müxtəlif çaplı patronu könüllü olaraq RPŞ-yə təhvil verib.

Sabunçuda silahlı insident baş verib

24 Yanvar 2017 17:07

Bakıda silahlı insiddent baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E.Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahalıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.

Məktəblilərə Heydər Əliyev irsi öyrədilir 

24 Yanvar 2017 17:05

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər davam edir. Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

13 min ton yükgötürmə qabiliyyətinə malik tankeri əsaslı təmirdən çıxıb 

24 Yanvar 2017 17:04

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Nəsimi” tankeri əsaslı təmirdən çıxıb. “OLAYLAR”-ın Xəzər Dənizi Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, 13 min ton yükgötürmə qabiliyyətinə malik gəminin “Zığ” Gəmi Təmiri Zavodunda keçən ilin dekabrında başlayan əsaslı təmiri 24 saatlıq növbəli iş prinsipi əsasında həyata keçirilib.

MSN beynəlxalq sərgidə 260 adda məmulat nümayiş etdirib

24 Yanvar 2017 17:03

2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisi kimi “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisini də yüksək səviyyədə təşkil edib. “Olaylar” xəbər verir ki, bu barədə müdafiə və sənaye naziri Yavər Camalov kollegiya iclasında məlumat verib.

Qahirəyə edilən məxfi səfər

24 Yanvar 2017 17:00

Həmasın siyasi bürosunun sədr müavini İsmayıl Xaniyənin məxfi olaraq Qahirəyə gəldiyi bildirilir. Onun Qahirədə Misir kəşfiyytaının rəhbəri Xalid Favzi ilə danışıqlar apardığı söylənilir. Verilən məlumata görə, danışıqların əsas müzakirə mövzusu Qəzzə ilə Misir sərhəddindəki Rifah gömrük -buraxılış məntəqəsinin açılışı və sərhəd zolağındaki təhlükəsizlik tədbirlərinin olduğu güman edilir.

Ombudsmanın Liderlik Məktəbində miqrasiya məsələlərinə həsr edilmiş tədbir keçirilib

24 Yanvar 2017 16:58

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində miqrasiya məsələlərinə həsr edilmiş tədbir keçirilib.

“Azərbaycanda Qadın  Maarifçiliyi Tarixindən seminar keçiriləcək

24 Yanvar 2017 16:59

Yanvar ayının 25-də saat 11:00- da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Dünya və Azərbaycan tarixinin öyrənilməsinin gənclərin maariflənməsində rolu” layihəsi çərçivəsində “Azərbaycanda qadın maarifçiliyi tarixindən (XIX-XX əsrin əvvəlləri)” adlı seminar keçiriləcək.

İranlı Mühacirlər Cəmiyyətinin təklifi: 20 Yanvarı - Azərbaycan Şəhidləri Günü kimi qeyd edək!

24 Yanvar 2017 16:53

Yenə yanvarın iyirmisidir. Paytaxtımızın bütün yolları sübh tezdən Şəhidlər Xiyabanı ilə kəsişir. Rayon mərkəzlərində, qəsəbə və kəndlərdə şəhidlərin şərəfinə ucaldılan abidələr önündə də qələbəlikdir. İzdihamın - yüzlərin, minlərin əllərindəki qərənfillər, çələnglər Vətən övladlarının ölməz qəhrəmanlara hüsn-rəğbətinin, xatirələrinə əbədi ehtiramlarının bariz təcəssümüdür. Ötən illərin fəxarət duyuran tendensiyasının bu axına da hakim kəsildiyi şəksizdir: Şəhidlər üçün ağlamazlar, göz yaşı tökməzlər.

Moldova Dnestryanıda separatçılara qarşı döyüşən azərbaycanlını ordenlə təltif edib

24 Yanvar 2017 16:37

Moldova hökuməti Dnestryanı münaqişəsi zamanı rəsmi Kişinyov tərəfində döyüşən azərbaycanlı Qafur Süleymanovu ölümündən sonra dövlət ordeni ilə təltif edib. Q. Süleymanovun yaxınlarına dövlət ordenini Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka təqdim edib. Q. Süleymanovun 1990-cı ildə Moldovan Daxili İşlər Nazirliyində çalışdığını deyən səfir onun 1992-cı ildə könüllü olaraq Moldova ordusu sıralarına qoşulduğunu bildirib. O, Q. Süleymanovun döyüşlərdə şücaət göstərdiyini deyərək onun iki dəfə əsir düşdüyünü qeyd edib: "Qafur Süleymanovun ordenlə təltif edilməsi əməkdaşlığımız və dostluğumuzun əyani sübutudur. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək".

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının illik hesabatı açıqlanıb

24 Yanvar 2017 16:35

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının ötən il üzrə hesabatı açıqlanıb. Nazirlikdən bildirilib ki, 2016-cı il ərzində respublikada 22 ana ölümü hadisəsi baş verib. Ana ölümünün səviyyəsi hər 100 000 diridoğulana 13.8 % təşkil edib. Bu göstərici 1996-cı ildə 44,1%, 2006-cı ildə 34,2%, 2009-cu ildə 24,3%, 2012-ci ildə 14,9%, 2015-ci ildə isə 14,4 % olub.

"Qazprom" TAP-a qoşula bilər - YENİLƏNİB

24 Yanvar 2017 16:33

Rusiyanın "Qazprom" şirkəti Avropaya qaz nəqli üçün "Poseidon" və Trans-Adriatik qaz (TAP) kəmərlərindən istifadə imkanlarını araşdırır. 

İran Türkiyəyə 2 milyard dollara yaxın təzminat ödəyəcək

24 Yanvar 2017 16:29

İran təbii qaz qiymətləri ilə əlaqədar Türkiyəyə 1,9 milyard dollar təzminat ödəyəcək. Bu barədə Beynəlxalq Arbitraj Məhkəməsi qərar verib. Türkiyə hesab edir ki, İrandan aldığı qazın qiyməti Azərbaycan və Rusiyadan aldığı təbii qaz qiymətindən daha yüksəkdir. Türkiyənin şikayətinə baxan Beynəlxalq Arbitraj Məhkəməsi Tehrandan qiymətlərin azaldılmasını tələb edib.

ABŞ-ın yeni müdafiə naziri Trampın dediklərinə əhəmiyyət vermir: “NATO qarşısında öhdəliyimiz sarsılmazdır”

24 Yanvar 2017 16:25

Pentaqonun sözçüsü deyib ki, Mattis NATO-nun baş katibi Yens Stoltenberq və Britaniyanın müdafiə naziri Maykl Fallonla yanvarın 23-də söhbət edib, ABŞ prezidenti Donald Trampın NATO-nu “köhnəlmiş” adlandırmasından doğan narahatlıqları cavablandırıb.

Tacikistanın daxili işlər naziri polis işçilərinə arıqlamağı əmr edib

24 Yanvar 2017 16:24

Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda nazirlik əməkdaşlarına artıq çəkidən azad olmağı tapşırıb. Bununla bağlı olaraq Daxili İşlər Nazirliyinin bütün qurumlarına xüsusi tapşırıq göndərilib. Jurnalistlərə danışan tacikistanlı nazir milis işçilərinin kökəlməyə başlayanda fəaliyyət qabiliyyətinin azaldığını deyib. Rəhimzodə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilərinin beynəlxalq boy və çəki nisbəti cədvəlinə uyğun olmalı olduğunu vurğulayıb.