Məktəblilərə Heydər Əliyev irsi öyrədilir 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər davam edir. Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda keçirilən dərslər davam edir. Təhsil İdarəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərsləri əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər tədris edir. Dərs zamanı Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məruzələr dinlənilir. "Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi", "Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı", "Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz" və digər bu kimi mövzulardakı məruzələrdə ümummilli liderin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır. Qeyd edək ki, paytaxtın 12 inzibati rayonu üzrə tam orta məktəblərdə keçirilən dərslər may ayınadək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31