Gündəm
"Ayağımı hələ də ölməmiş bir qızın sinəsinə qoyaraq bataqlığı keçdim" - Niderlandda erməni vəhşiliyi ilə bağlı MƏQALƏ
Niderlandda yaşayan soydaşımız Vüqar Abbasovun Niderland saytlarının birində növbəti yazısı dərc edilib. Yazıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından, Xocalı soyqrımından bəhs olunub. Müəllif erməni jurnalistinin yazdıqlarından da yazıda sitat verib. Yazıdan seçmə: "Bundan başqa, erməni jurnalist Davud Xeyriyan da hadisələrin şahidi olub və o, bu barədə yazır: "Bəzən cəsədlərin üstündə yeriməli olurduq. Daşbulağa yaxın bir yerdə bir bataqlıqdan keçmək üçün, oranı cəsədlərlə doldurub bizə yol açdılar. Mən cəsədlərin üzərində yeriməkdən imtina etdim. Sonra polkovnik Ohanyan məni qorxudaraq əmr etdi ki, keçim və dedi ki, bu müharibənin qanunlarından biridir. Mən ayağımı 9-10 yaşlarındakı, hələ də ölməmiş bir qızın sinəsinə qoyaraq getdim... Mənim ayaqlarım, foto aparatım qanının içində idi... " (Mənbə: "Xaç naminə" kitabı)."
"300 min ver, əmanətini qaytaraq"- Polkovnikdən biznesmenə
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə aparılan istintaq zamanı "Texnikabank" epizodu ilə bağlı 10-a yaxın şəxs zərərçəkmiş kimi tanınıb.
Deputat: "Azərbaycan regionda sülhün bərpa olunması üçün platforma yaradıb"
Ermənistanın AŞPA-dakı nümayəndələri çıxışları zamanı öz ölkələrində qanun pozuntularından diqqəti yayındırmaq üçün Azərbaycanı qaralamağa çalışır.
"GUAM-dakı əməkdaşlıq daha da inkişaf edəcək"
"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" çərçivəsində əməkdaşlıq son dövrlərdə daha da fəallaşır. Bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka deyib.
Salyanda “Mən həyatı seçirəm” adlı tədbir keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
Dövlət Komitəsi müsabiqə elan etdi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümumilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edib. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2017-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə)[email protected] elektron ünvanına göndərə bilərlər. Müsabiqəyə təqdim olunacaq məqalələr arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Məqalələr azərbaycan və rus dillərində təqdim oluna bilər. Müsabiqənin qalibləri mükafatlandırılacaqlar.
KİV-in müstəqilliyi söz və fikir azadlığının təminatıdır
Sirr deyil ki, bu gün Azərbaycanda söz və fikir azadlığının təminatşısı kimi çıxış edən qanunvericilik bazası mövcuddur. Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də söz və fikir azadlığına şərait yaradır. Bu prosesin daha da inkişaf etdirilməsi məqsədlə dövlət başçısı tərəfindən 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır.
KİVDF Novruz Bayramı münasibətilə müsabiqə elan etdi
Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasının tarixi dəqiqləşib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin razılığı ilə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasının keçirilmə vaxtı 23 fevral 2017-ci il tarixinə təyin edilib. Bu barədə “Olaylar”a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Məşvərət Şurasının növbəti iclasının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb.
Fişənglər aşkar edilib
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Approved solas 74/96” sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
3600 ədəd siqaret aşkar edildi
Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Ölkə üzrə ən sərfəli kreditlər Naxçıvanda təklif olunur
Davamlı dinamik inkişaf iqtisadi siyasətin əsas hədəflərindən biridir. Bu baxımdan səmərəli kreditləşmə mexanizminin təmin edilməsi istehsal və xidmət sahələrinin inkişafı, daimi məşğulluq və əhali gəlirlərinin artırılması kimi məqsədlərə xidmət edir. Məsuliyyətli və eyni zamanda olduqca vacib olan kreditləşmə zamanı əsas şərtlərdən biri də kreditlərin sərfəli olması, yəni onun faiz dərəcələrinin real iqtisadi vəziyyətlə üst-üstə düşməsidir.
Əmək Nazirliyi ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Məktubu imzalanıb
Azərbaycan Respublikası Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin Avstriya Respublikasına səfəri çərçivəsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında məşğulluq və sosial siyasət sahəsində əməkdaşlıq haqqında Niyyət Məktubu” imzalanıb.
Bacısını boğaraq qətlə yetirdi
Şamaxı şəhərində qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata götə, yanvarın 23-də Şamaxı şəhərində yaşayan Rəfail Yolçuyev evində bacısı Yasəmən Arzuxanovanı boğaraq qətlə yetirib. O könüllü Şamaxı RPŞ-yə gələrək istintaqa təslim olub. Faktla əlaqədar cinayət işi başlanıb.
Emalatxanadan qızıl oğurlanıb
Yanvarın 21-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Məzahim Məsimova məxsus emalatxanadan 100 qram qızıl oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ 19-cu PB və RMİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Urşan Zeynalov saxlanılıb. Araşdırma aparılır.













