Fişənglər aşkar edilib
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Approved solas 74/96” sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
24 Yanvar 2017 17:14 SosialXaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə "Heimann X-ray" markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində "Approved solas 74/96" sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.