3600 ədəd siqaret aşkar edildi

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31