Salyanda “Mən həyatı seçirəm” adlı tədbir keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir. Komitədən "Olaylar"a verilən məlumata görə, bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, "Mən həyatı seçirəm" adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin 26 yanvar 2017-cı il tarixində saat 12:00-da Salyan rayon İcra Hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyasının binasında keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində keçiriləcək tədbirdə ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi, reproduktiv sağlamlıq, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti və digər mövzular ətrafında müzakirələr keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31