Gündəm

Vüqar Rəhimzadə: Cənab Prezidentin Fərmanı məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür

24 Yanvar 2017 18:43

“Möhtərəm Prezidentimiz hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Əməkhaqqı və pensiyalar artırılıb, yeni sosial obyektlər istifadəyə verilib, insanları narahat edən problemlər aradan qaldırılıb. Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir”.

Həkimi öldürməkdə ittiham olunan sabiq polis zabitinin məhkəməsi qapalı keçiriləcək

24 Yanvar 2017 18:42

6 iyul 2015-ci ildə öldürüldükdən sonra meyiti yandırılan 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natavan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı məhkəmə qarşısına çıxarılıb.

Müavinindən Sarkisyana gözlənilməz zərbə

24 Yanvar 2017 18:28

Ermənistanın hakim Respublika Partiyasının sədr müavini, keçmiş baş nazir Ovik Abramyanpartiyadan istefa verməyə hazırlaşır. Abramyan istefası ilə əlaqədar bəyanatla çıxış edəcək. "Mən Respublika Partiyasından çıxmaqla bağlı qərar verdim və sabah bunu bəyan edəcəm", - deyə Abramyan radioya açıqlamasında bildirib. O, radionun digər suallarına cavab verməkdən imtina edib. Respublika Partiyasının təşkilat komitəsinin sədri Ruben Tadevosyan isə radioya açıqlamasında deyib ki, Abramyanın istefa ərizəsi hələ onlara daxil olmayıb.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsində müşavirə

24 Yanvar 2017 18:24

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başladığı ilk günlərdən etibarən regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri ilə sıx-sıx görüşlər təşkil edir. Bu dəfə isə belə görüşlərdən biri Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində baş tutdu. Müşavirə Regional idarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə keçirildi.

İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında sərəncam imzaladı

24 Yanvar 2017 18:19

Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb.

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı

24 Yanvar 2017 18:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Astana görüşündən sonra nələr olacaq? - Ekspert rəyi

24 Yanvar 2017 18:16

Astana görüşündən sonra Suriya ilə bağlı müəyyən irəliləyişlər ola bilər. Bunu politoloq Arzu Nağıyev Astana görüşünü şərh edərkən deyib. 

Müavinindən Sarkisyana gözlənilməz zərbə

24 Yanvar 2017 18:14

Ermənistanın hakim Respublika Partiyasının sədr müavini, keçmiş baş nazir Ovik Abramyanpartiyadan istefa verməyə hazırlaşır. Abramyan istefası ilə əlaqədar bəyanatla çıxış edəcək.

Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılır

24 Yanvar 2017 18:11

“Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”. “Olaylar” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.

Beynəlxalq cinayətlərə dair qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

24 Yanvar 2017 18:06

Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasını əks etdirən yeni “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarılacaq.

Ermənistan Rusiyanın diyarına "çevrilir"

24 Yanvar 2017 18:00

Rusiya vətəndaşları daxili ümumvətəndaş pasportları ilə Ermənistana səfər edə biləcəklər. Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev ermənistanlı həmkarı Karen Karapetyanla görüşündə bildirib.

Ləkələnmiş baş yaylığı...

24 Yanvar 2017 18:00

Bir xəbərdə oxudum ki, müttəhim kürsüsündə oturan qadın 14 yaşlı doğma qızını bakirə olmadığını biləndə öz baş yaylığı ilə boğub öldürüb. Hakimin suallarına cavab verən qadın  qətli törədərkən guya  özündə olmadığını deyir, ata isə arvadının hərəkətinə haqq qazandırır: “Həyat yoldaşım düz eləyib, neyləməli idi? Məcbur qalıb öldürüb. Mənim etməli olduğum işi o edib. Buna görə ona “sağ ol” deyirəm”. O ata ki, oğurluq etdiyi üçün xeyli müddət həbsdə yatıb. Həbsdən çıxandan sonra isə yenə də cinayət törədib və  ikinci dəfə gəldiyi yerə dönüb.

Neslihan Atagül ərinin atasının dəfnində

24 Yanvar 2017 17:59

Aktyor Kadir Doğulu və stilist Kamal Doğulunun atası dünyasını dəyişib. Rasim Doğulu infarkt keçirərək vəfat edib. O, bu gün dəfn olunub. Doğulu qardaşları atalarının dəfn mərasimində göz yaşı töküblər. Aktrisa Neslihan Atagül çətin günündə əri Kadirin yanında olub. Bu barədə Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.

"Atam öncə bacımda yoxladı" - Hər şeyi ETİRAF ETDİ

24 Yanvar 2017 17:57

İş adamına dərmanlı tort yedirib yatırtdıqdan sonra kassasını boşaldan Melek N. cinayəti atasına görə törətdiyini deyib. Türkiyənin Antalya şəhərində WhatsApp-la tanış olub əlaqə saxladığı iş adamına dərmanlı tort yedirdib yatırtdıqdan sonra pulları, qəbzləri və tabel silahını götürüb qaçan 26 yaşlı Melek N. hadisəni atasının təhdidiylə reallaşdırdığını etiraf edib.

Azərbaycanın bu rayonunda 11 illik məktəblər LƏĞV EDİLİR? - YENİLƏNİB

24 Yanvar 2017 17:52

Azərbaycanın Tovuz rayonunda 11 illik kənd məktəbləri ləğv ediləcək. Tovuzun bir çox kənd məktəbləri 9 illik olacaq. Sakinlərin bildirdiyinə görə, 11 illik tam orta məktəblər əhalisi çox olan kənd və qəsəbələrdə fəaliyyət göstərəcək.