Bərdə Regional Mədəniyyət və Turizm İdarəsində müşavirə

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başladığı ilk günlərdən etibarən regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri ilə sıx-sıx görüşlər təşkil edir. Bu dəfə isə belə görüşlərdən biri Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində baş tutdu. Müşavirə Regional idarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə keçirildi.

Müşavirədə Tərtər rayon nümayəndəliyinin mədəniyyət və turizm sahəsində çalışan əməkdaşları iştirak edirdi.

Müşavirəni giriş sözü ilə açan Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev ilk öncə tədbir iştirakçılarını salamlayaraq öz çıxışına başladı.

İlyas Hacıyev ölkəmizdə son dövrlərdə mədəniyyət və turizm sahəsində aparılan məqsədyönlü  struktur dəyişkənliyindən geniş şəkildə söz açaraq bu sahədə ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin göstərdiyi diqqət və qayğıdan geniş şəkildə bəhs etdi.

Bununla yanaşı idarə rəisi İlyas Hacıyev ölkə prezidenti İlham Əliyevin xanımı Meriban Əliyevayla bu bölgəyə səfərindən və səfər çərçivəsində işğalçı ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərdə olmasından, yerli şəraitlə tanış olmasından, bu binaların tezliklə bərpa edilərək əvvəlkindən də gözəl bir hala gətirilməsindən söz açdı.

Bundan başqa müşavirədə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəsinin  baş məsləhətçi Gündüz Mürsəlov çıxışında Regional İdarənin Tərtər nümayəndəliyi adından qarşıda duran məsələlərin həyata keçirilməsi üçün daha da səylə çalışacaqlarını bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31