Gündəm

C.Puççininin “Boqema”operasının tamaşası nümayiş olunacaq

24 Yanvar 2017 19:55

Fevralın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Boqema”operasının tamaşası keçiriləcək.

“Don Kixot” Opera və Balet Teatrında

24 Yanvar 2017 19:50

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri sayılan "Don Kixot" baletinin tamaşası keçiriləcəkdi.

Gənc Tamaşaçıların fevral repertuarı

24 Yanvar 2017 19:42

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fevral ayına uşaq və böyüklər üçün maraqlı tamaşaların nümayişi nəzərdə tutulub.

Bilik Fondunda “Yarımçıq xatirələr” filminin yaradıcıları ilə görüş keçirildi

24 Yanvar 2017 19:36

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Fondda “Azərbaycanfilm”in istehsal etdiyi “Yarımçıq xatirələr” bədii filminin yaradıcı heyəti ilə görüş keçirilib.

"WhatsApp"da 3 YENİ FUNKSİYA istifadəyə verildi

24 Yanvar 2017 19:31

Populyar "WhatsApp" internet messenceri yenilənmə nəticəsində birdən-birə 3 yeni funksiya əldə edib.  Xüsusilə əlavədə offlayn rejim yaradılıb. Bu funksiya hətta mobil cihaz istifadəçisi internetə qoşulmadığı halda mətn məlumatı yığmağa imkan verəcək.

Serialdakı təcavüz səhnəsi QALMAQALa səbəb oldu

24 Yanvar 2017 19:26

İngiltərənin BBC televiziyasında yayımlanan  - baş rollarda Emili Vatson və Ben Çaplinin yer aldığı "Apple Tree Yard" serialındakı təcavüz səhnəsi mübahisəyə yol açıb.

Hər gün bir çiy yumurta içsəniz... - MÖCÜZƏVİ FAYDALARI

24 Yanvar 2017 19:21

Yumurta ən faydalı qida məhsullarından biridir. Onun tərkibi dəmir, amin turşuları və antioksidantlarla zəngindir. Orqanizmin düzgün fəaliyyət göstərməsi üçün bədənimiz 11 əvəzolunmaz yağ turşuları istehsal edir, yumurtanın tərkibində isə bunlardan 9-u var.

Hamilələrə XƏBƏRDARLIQ:  bu qidalar düşmə təhlükəsi yaradır

24 Yanvar 2017 19:15

Bəzi qidalardakı bakteriyalar ana bətnində dölə çataraq uşağın düşməsinə səbəb ola bilir. Ona görə də hamilə qadınlar həmin qidalardan uzaq durmalıdır. Düşməyə və erkən doğuşa səbəb olan təhlükəli qidalarla sizi də tanış edir.

Bir dəqiqəyə 650 min qazandı

24 Yanvar 2017 19:10

Türkiyəli müğənni Demet Akalın mebel firmasının reklamına çəkilib. O, reklam filmində oxumaq üçün "Koltuk" mahnısını yenidən səsləndirib. Müğənni bir dəqiqəlik bu reklamdan 650 min lirə (təxminən 330 min manat) qazanıb. Bu barədə Milli.az "Sözcü"yə istinadla xəbər verir.

Demba Ba "Beşiktaş"a qayıdır?

24 Yanvar 2017 19:09

"Beşiktaş" Demba Banı geri qaytarmağa hazırlaşır.  "Qara qartallar" seneqallı forvardı mövsümün sonuna kimi icarəyə götürmək istəyir. 6 ay ərzində futbolçuya 1.25 milyon avro məvacib ödəniləcək. "Beşiktaş" Banı 13 milyon avroya "Shanghai Shenhua" klubuna satmışdı.  Goal.az

Səfir: "Türkiyə və Azərbaycanın bir daha ayrı qalmasına fürsət verməyəcəyik"

24 Yanvar 2017 19:07

Türkiyə və Azərbaycanın bir daha ayrı qalmasına fürsət verməyəcəyik. Bunu Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edərkən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Britaniya alimləri: Depressiyanın öhdəsindən gəlmək kişilər üçün daha asandır

24 Yanvar 2017 19:05

Britaniya alimləri bildiriblər ki, kişilər və qadınlar depressiyanın öhdəsindən fərqli yolla gəlirlər. İnsanların əksəriyyəti sakitləşməyi yeməkdə görür. “Svopi.ru” saytı xəbər verir ki, müvafiq eksperimentdə 115 kişi və 250 qadın iştirak edib. Müəyyən edilib ki, zərif cinsin nümayəndələrinin yarıdan çoxu özünü sakitləşdirməyi yeməkdə görür, kişilər arasında belələri 30 faiz təşkil edir. Depressiyada olan qadınların 11 faizi, kişilərin isə 27 faizi pozğun həyat tərzi sürməyə başlayır.

Elmar Məmmədyarov Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

24 Yanvar 2017 18:58

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşlarına əlavələr artırıldı

24 Yanvar 2017 18:57

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Füzuli dünyası" mövzusunda lektoriya keçrilib

24 Yanvar 2017 18:55

 "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində AMEA-nın Alimlər evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində "Füzuli dünyası" mövzusunda  lektoriya keçirilib.