"Füzuli dünyası" mövzusunda lektoriya keçrilib

 "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində AMEA-nın Alimlər evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində "Füzuli dünyası" mövzusunda  lektoriya keçirilib.

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində AMEA-nın Alimlər evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində "Füzuli dünyası" mövzusunda  lektoriya keçirilib.

AMEA və Azərbaycan Milli Konservatoriyasının elm və mədəniyyət xadimlərinin, tanınmış ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA-nın Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açaraq bu dəfəki lektoriyanın görkəmli şair və mütəfəkkir Məhəmməd Füzuliyə həsr olunduğunu qeyd edib. Bildirib ki, onun yaradıcılığı Azərbaycan poeziyası ilə yanaşı, Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün mühüm əhəmiyyətə malikdi.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Füzuli dünyası" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Füzulinin yaradıcılığında musiqi alətlərinin tərənnümünə rast gəlindiyini söyləyən akademik onun rübab, ud, təbil haqqında fikirlərini diqqətə çatdırıb. O, söz ustadının bəzən əsl musiqişünas kimi oxucunu heyran qoyduğunu, onun musiqi alətlərindən bəhs edən "Yeddi cam" irihəcmli poemasının bu cəhətdən əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, dosent, musiqişünas Lalə Hüseynova, xalq artisti Mənsum İbrahimov, əməkdar incəsənət xadimi, xanəndə Hacı Aqil Məlikov çıxış ediblər.

Lektoriyada xalq artisti Şövkət Ələkbərovanın ifasında Füzuli kantatası səsləndirilib, İncəsənət Gimnaziyasının tələbəsinin ifasında Şəbi-Hicran bədii qiraəti təqdim edilib. Tədbirdə xalq artisti Mənsum İbrahimovun tələbələri Şahnaz, Bayatı-Şiraz muğamları, Mirzə-Hüseyn segahı ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31