KİVDF Novruz Bayramı münasibətilə müsabiqə elan etdi

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun 2016-cı ilin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi və təsdiqi;

2. Fondun 2017-ci il üçün Tədbirlər Planının təsdiqi;

3. Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi;

4. Fondun jurnalist təşkilatları üçün elan etdiyi "Azərbaycanın media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında müsabiqənin elanının müzakirəsi və təsdiqi;

5.  Fondun 2017-ci il üçün ekspertlərinin tərkibinin təsdiqi;

6. Cari məsələlər. 

Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki birinci məsələ barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor 2016-cı ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını bildirib. V.Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Rəşad Məcid, Müşfiq Ələsgərli və  İntiqam Hümbətov çıxış edərək Fondun 2016-cı ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.

İclasda ikinci məsələ kimi Fondun 2017-ci il üçün Tədbirlər Planı müzakirə olunub. 2017-ci ilin respublikamızda "İslam Həmrəyliyi ili" elan olunduğunu, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən V.Səfərli hazırlanmış Tədbirlər Planında bütün bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək təsdiq edilib.

Gündəliyə müvafiq olaraq iclasda, həmçinin, Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub. Müzakirələrin sonunda növbəti müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə, yanvarın 25-dən martın 7-dək keçirilməsi qərara alınıb.

Müşahidə Şurasının iclasında növbəti məsələ kimi Fondun jurnalist təşkilatları üçün elan etdiyi "Azərbaycanın media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında müsabiqənin elanı müzakirə edilərək təsdiqlənib. Müsabiqənin yanvarın 25-dən fevralın 24-dək keçirilməsinə qərar verilib.

İclasda, həmçinin Fondun 2017-ci il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

№

İstiqamətin adı

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycançılıq ideyasının təbliği

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Ekologiya və ətraf mühitin mühafizəsi

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi  "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

5.  Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

 

5.1. Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan (1 il müddətində);

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində).

QEYD: İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə  buraxılmır.

Yazıların qəbul qaydaları

1.  Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) - 1 nüsxə

2.  Yazının Elektron variantı (Arial (12)  şriftində -CD diskdə) - 1 nüsxə

3.  Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə

4.  Yazıların həcmi:  1 səhifə (A3) olmalıdır  (9-11 min işarə).

Tələb olunan sənədlər

1.   Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),

2.   İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),

           3.   Şəxsiyyət vəsiqəsi və surəti,

4.   Şəxsi VÖEN və surəti,

5.   Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

      Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 25 yanvar 2017-ci  il tarixində başlayır, 07 mart 2017-cı il tarixdə başa çatır (07 mart 2017-ci il yazıları təqdim etmək üçün sonuncu tarixdir). 

Yazılar rəsmi iş günləri saat  10:00-dan  16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

-  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

-  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

-  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

-  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

-  ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir

I  yer üçün  bir nəfər (500 AZN)  

II  yer üçün  iki nəfər (400 AZN) 

III yer üçün  üç nəfər (300 AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.

Müsabiqədə yalnız I yerin qaliblərinə Fondun diplomu veriləcəkdir. 

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

  Yazının istiqaməti

  Yazının adı

  Müəllifin  adı, soyadı, atasının adı

  Mətbuatda təxəllüsü (əgər varsa)

  İşlədiyi KİV

  Vəzifəsi

 Yazının dərc olunduğu mətbuat orqanı

  Ünvanı və poçt indeksi

  - iş telefonu

  - ev telefonu

  - mobil telefonu

 - elektron poçt ünvanı

Şəxsin imzası        ________________                     Baş redaktorun imzası     ________________ 

M.Y.                                                                   

Sənədlərin təqdim olunma tarixi:   "____"__________  2017-ci il

                       Ünvan:    Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

           Əlaqə telefonları:    (012)  537 19 45;  (012) 537 19 41;

           Elektron ünvan:    [email protected] , [email protected]

Sayt:   www.kivdf.gov.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31