“Azərbaycanda Qadın  Maarifçiliyi Tarixindən seminar keçiriləcək

Yanvar ayının 25-də saat 11:00- da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Dünya və Azərbaycan tarixinin öyrənilməsinin gənclərin maariflənməsində rolu” layihəsi çərçivəsində “Azərbaycanda qadın maarifçiliyi tarixindən (XIX-XX əsrin əvvəlləri)” adlı seminar keçiriləcək.

Yanvar ayının 25-də saat 11:00- da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə "Dünya və Azərbaycan tarixinin öyrənilməsinin gənclərin maariflənməsində rolu" layihəsi çərçivəsində "Azərbaycanda qadın maarifçiliyi tarixindən (XIX-XX əsrin əvvəlləri)" adlı seminar keçiriləcək.

"Olaylar" - a verilən məlumata görə tədbir Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil olunub.

Seminarda Ramazan Əsgərli, Azər Cəfərov və Əli Fərhadovun çıxış edəcəyi gözlənilir.

Seminarın əsas  mövzusu: XIX əsr şairəsi Zərrintac Tahirə Qürrətüleynin anadan olmasının 200 illiyi münasibətilə onun həyat və fəaliyyəti haqqında məlumat vermək, Azərbaycanda və Krım nümunəsində çar Rusiyasında müsəlman qadınların maarifçi fəaliyyətini, qadın azadlığı hərəkatını o dövrdə nəşr edilən qəzet və jurnallar, əsərlər əsasında təqdim etmək, Bab, Bəhaullah, əl-Bakuvi, Molla Ruhulla, mufti Qayıbov kimi mütərəqqi ruhanilərin qadın maarifçiliyinə verdiyi dəstəyi nümunələrlə izah etməkdi.

Qeyd edək ki, seminarda iştirak etmək imkanı olmayan vətəndaşlarımız aşağıda göstərilmiş keçid vasitəsilə mövzu ilə əlaqədar məruzəçilərə suallar ünvanlaya bilərlər.

Məruzəçilərə mühazirənin mövzusuna uyğun və maraqlı sual ünvanlayan dinləyiciyə Muzey tərəfindən xüsusi hədiyyə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31