Moldova Dnestryanıda separatçılara qarşı döyüşən azərbaycanlını ordenlə təltif edib
Moldova hökuməti Dnestryanı münaqişəsi zamanı rəsmi Kişinyov tərəfində döyüşən azərbaycanlı Qafur Süleymanovu ölümündən sonra dövlət ordeni ilə təltif edib. Q. Süleymanovun yaxınlarına dövlət ordenini Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka təqdim edib. Q. Süleymanovun 1990-cı ildə Moldovan Daxili İşlər Nazirliyində çalışdığını deyən səfir onun 1992-cı ildə könüllü olaraq Moldova ordusu sıralarına qoşulduğunu bildirib. O, Q. Süleymanovun döyüşlərdə şücaət göstərdiyini deyərək onun iki dəfə əsir düşdüyünü qeyd edib: "Qafur Süleymanovun ordenlə təltif edilməsi əməkdaşlığımız və dostluğumuzun əyani sübutudur. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək".
24 Yanvar 2017 16:37 SosialMoldova hökuməti Dnestryanı münaqişəsi zamanı rəsmi Kişinyov tərəfində döyüşən azərbaycanlı Qafur Süleymanovu ölümündən sonra dövlət ordeni ilə təltif edib. Q. Süleymanovun yaxınlarına dövlət ordenini Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka təqdim edib. Q. Süleymanovun 1990-cı ildə Moldovan Daxili İşlər Nazirliyində çalışdığını deyən səfir onun 1992-cı ildə könüllü olaraq Moldova ordusu sıralarına qoşulduğunu bildirib. O, Q. Süleymanovun döyüşlərdə şücaət göstərdiyini deyərək onun iki dəfə əsir düşdüyünü qeyd edib: "Qafur Süleymanovun ordenlə təltif edilməsi əməkdaşlığımız və dostluğumuzun əyani sübutudur. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək".
Qeyd edək ki, Q. Süleymanov 2004-cü ildə Bakıda vəfat edib. Apa.az