MSN beynəlxalq sərgidə 260 adda məmulat nümayiş etdirib

2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisi kimi “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisini də yüksək səviyyədə təşkil edib. “Olaylar” xəbər verir ki, bu barədə müdafiə və sənaye naziri Yavər Camalov kollegiya iclasında məlumat verib.

2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi "ADEX-2014" sərgisi kimi "ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisini də yüksək səviyyədə təşkil edib. "Olaylar" xəbər verir ki, bu barədə müdafiə və sənaye naziri Yavər Camalov kollegiya iclasında məlumat verib. Nazir qeyd edib ki, dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi heyətin iştirak etdiyi "ADEX-2016" sərgisində ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyonda Azərbaycan müdafiə sənayesinin yenilikləri nümayiş etdirilib. İlk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafə Sənayesi Nazirliyi "ADEX-2016" sərgisində 260 adda məmulat nümayiş etdirib. Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə "İldırım" və "Qasırğa" zirehli maşınları, "AZAD Sistemlər" müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş "Gürzə" nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31