Ombudsmanın Liderlik Məktəbində miqrasiya məsələlərinə həsr edilmiş tədbir keçirilib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində miqrasiya məsələlərinə həsr edilmiş tədbir keçirilib.

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində miqrasiya məsələlərinə həsr edilmiş tədbir keçirilib. Bu barədə Ombudsmanın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, tədbirdə Ombudsman Aparatının əməkdaşları Faiq Ağayev və Turan Cahangirova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin məsul əməkdaşı Sona Hacıyeva, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Kənan Bağırov, Liderlik Məktəbinin şagirdləri və onların valideynləri iştirak ediblər. Ombudsman Aparatının əməkdaşı Turan Cahangirova son illərdə münaqişə və böhran zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsinin öz həyatını itirənlərin və öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artması ilə müşayiət olunduğunu, beynəlxalq ictimaiyyətin ilk növbədə yeni silahlı münaqişələrin baş verməsinə imkan verməməsinə və mövcud olan münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq səmərəli şəkildə həll yolları axtarmalı olduğunu xüsusi vurğulayıb. O, ölkəmizin hələ ötən əsrin 80-ci illərinin sonlarından kütləvi miqrant axını ilə üzləşdiyini, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların öz vətənlərindən didərgin salındığını, nəticədə bir milyona yaxın qaçqın və məcburi köçkünün ölkə ərazisində məskunlaşdığını, onlardan 300 min nəfərinin uşaq olduğunu, 9,7 milyon əhalisi olan Azərbaycanın adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biri olduğunu bildirib. Sonda Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış "Uzun səyahət" filmi nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31